top
Rəşad Sadıqov şikayətləndi: Bu sarıdan ciddi problem yaşayırıq Sport24.az
10 noyabr 2024, 21:35
- ↺ +

Rəşad Sadıqov şikayətləndi: "Bu sarıdan ciddi problem yaşayırıq"

Azərbaycan Premyer Liqasının XIII turunun "Qarabağ" – "Zirə" oyunundan (4:0) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib…

 

– İlk növbədə hamını böyük zəfər münasibətiylə təbrik edirəm. Bu gün çalışdıq ki, oyundan xal və xallarla ayrılaq. Amma ilk dəqiqədən etibarən işimizi çətinə saldıq. Deyə bilmərəm ki, bu gün futbolçularım çalışmadı. İntizamlı idilər, lakin alınmadı. Sadəcə olaraq keçmişə boylansaq, avrokuboklarda "Omoniya"dan 6 qoldan 5-ni standart vəziyyətlərdən buraxmışıq. Həmçinin "Osiyek" və "Şerif"lə də eyni cür qollar buraxdıq. Bu mövsüm çempionatda da oxşar vəziyyətdi. Bu sarıdan ciddi problemlər yaşayırıq. İndi fasilə başlayır. Çalışacağıq ki, bunun üzərində işləyək.

 

– Oyunçuların zədələnməsi nə dərəcədə təsir etdi?

– Qismətin zədələnməsi və Məqsədin sarı alaraq ilk hissədə cinah müdafiəçilərinin dəyişilməsi bütün planlarımızı alt-üst etdi. Zədələri nə dərəcədə ciddidir, bilmirəm.

 

– Qarşıdan fasilə gəlir. Bu fasilənin sizə faydası olacaq?

– Bəzən faydası olur, bəzən də olmur. Qarşıda 23 tur var. Ən azından bu oyunlara yaxşı köklənib yaxşı nəticələrlə ayrılmayıq.

 

– Keçən mövsümlə bu mövsümü müqayisə etdikdə hansı daha çətin idi?

– Hələ ki, çempionatın çox hissəsi irəlidədi. Ona görə də nə isə demək çətindi. Amma görünən odur ki, rəqiblər inkişaf edib. Qarşıda uzun marafon var. 4-cü sıradayıq, ümumən götürdükdə pis deyil. Amma yuxarı yerdəkilərlə xal fərqimiz çoxdu. Başımızı dik tutub qarşıdakı oyunlara köklənməliyik.

 

– "Omoniya"yla (Kipr) oyundan sonrakı məğlubiyyət sanki hələ də təsir edir…

– Bu dəqiqə həmin 0:6-nın təsiri yoxdu. Sanki, rəqiblərimizdə hər şey daha yaxşı gedir. Bu halı biz keçən il çempionatın ortasında da yaşamışdıq. Amma şükürlər olsun ki, rəqiblərimiz xal itkilərinə yol verdilər. Bu il də elə olacaqmı, bilmirəm. Hələ ki, səbirli olmalıyıq və yolumuza davam etməliyik. Məğlub olduğumuz oyunlarda belə oyun planında məğlub olmamışıq. Sadəcə standart vəziyyətlərdən sonra buraxdığımız qollar işimizi çətinləşdirir.

 

– Oyun planından razı qaldız?

– Müdafiədən razıydım. Amma duran toplarda çox çətinlik çəkirik. Bu oyunda da hər 3 qol standart vəziyyətlərdən oldu. 4-cü qolda isə artıq deyərdim ki, komanda oyundan qopmuşdu.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Oxşar xəbərlər