"Zirə"nin baş məşqçisi futbolçusu Rafael Utziq komandada görmək istəmir.
"Report" xəbər verir ki, bunu "Zirə"nin çalışdırıcısı Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.
O, braziliyalı oyunçunu cəzaların gözlədiyini söyləyib: "Komanda istirahətdən qayıtdıqdan sonra düşərgəyə qoşulmadı. Ona hələ ki, 4 həftə əvəzedici komandada məşq etmək cəzası vermişik və müəyyən məbləğdə pul cəriməsi alıb. Belə futbolçunu komandamda görmürəm. Utziqə bəzi klublardan təkliflər gəlmişdi. Lakin bu təkliflər bizi qane etmədi".
İdman.biz