top
Rəşad Sadıqov, Zirə və biz öndəyik... Sport24.az
12 iyul 2024, 10:40
- ↺ +

Rəşad Sadıqov, "Zirə" və biz öndəyik...

Ötən axşam səbirsizliklə gözlədiyimiz "bizim Avropa çempionatı" - klublarımızın avrokubok sərgüzəştləri start götürdü. Adətən, "Qarabağ" istisna olmaqla, digərləri "Köhnə Qitə"yə salam verib döndüyündən, "Zirə"nin Moldovadan "Şerif"lə görüşünə "stavka" edilmirdi.


Bəli, "Şerif" əvvəlki gücündə deyil və bunu uzun illərdən sonra ölkə çempionluğunu əldən verməsi ilə də isbatlayıb. Bəli, Tiraspol təmsilçisi heyətini başdan ayağa dəyişməklə yeni kollektiv formalaşdırır ki, futbolçularının uyğunlaşmasına zaman lazımdı. Bəli, Rəşad Sadıqov ötənilki heyətini böyük ölçüdə qorumaqla avantaj sahibi sayıla bilərdi. Ancaq şəxsən mən 25 milyonluq büdcəylə Moldovanın kənd komandaları qarşısında aciz qalan "Bakı" və "Xəzər Lənkəran"ın ölkəmizə yaşatdığı rəzalət qarşısında bütün bu detalların cəmini belə həlledici saymağa cürət etmirdim.


Oyunun start fiti səslənər-səslənməz aydın oldu ki, bizi ənənəvi cansıxıcı 90 dəqiqə gözləyir. Niyə ənənəvi? Çünki ötən mövsüm ərzində "Zirə"nin ifasında bunu o qədər görmüşük ki, artıq əksi yaşananda hər kəsin gözü orbitindən çıxır. Ancaq daxili arenada bu cür futbol alqışlanmırsa (çünki çempionatda "Zirə" öz adı üçün döyüşür), avrokuboklarda istənilən "silahdan istifadə halal" sayılır...


Premyer Liqamızın gümüş mükafatçısı sıx oynamaqla meydan sahiblərinin texniki cəhətdən xüsusi istedada sahib olmayan futbolçularının cüssə və fiziki kondisiya göstəricilərindən istifadə etmək istəyinin də üstündən xətt çəkirdi. Doğrudu, istisna hallar da olurdu. Ancaq belədə, Tiaqo Silvanın çərçivədəki inamlı oyunu və müəyyən epizodlarda bəxt "qartal"ların xilaskarı obrazında çıxış edirdilər. Xüsusilə, 43-cü dəqiqədə qonaqların qapısı qarşısında böyük xaos yaşandı. Tiraspolluların futbolçusu təmsilçimizin 9 oyunçusunu cərimə meydançasında toplaşmasına rəğmən, topla döydü. Bu saniyələrdə bəxt və "Futbol İlahəsi" yanımızda olmaqla yanaşı, "Şerif"in futbolçularının ustalıq səviyyəsinin nə qədər aşağı olduğu da aşkar sezildi.


Fasilədən sonra oyun bir qədər canlandı. Meydan sahiblərinin fəallaşması sayəsində "Zirə"nin müdafiəsində boşluqlar yaranmağa başladı. Oyuna fasilədən sonra daxil olmuş Hacıağa Hacılının dayaq zonasında səhvlərini görmək üçün əlavə eynəyə ehtiyac olmadığı kimi, Rəşad Sadıqovun Zeblini əvəzləməkdən başqa çarəsinin olmadığını da xüsusi vurğulayaq. Sarı vərəqəsi olan Pyer çox çalışmışdı və artıq yorğunluğunu qayda pozuntuları ilə sığortalamağa çalışırdı ki, bunun da acı fəsadı qırmızı vərəqə ola bilərdi...


Sadıqovdan söz düşmüşkən onu da qeyd edək ki, 42 yaşlı mütəxəssis 64-cü dəqiqədən etibarən əsl kartlarını açmağa başladı. O, üçlü əvəzləməylə A planının - ilk 1 saatda qapısının toxunulmaz qalmasını təmin etmək ideyasının başa çatdığını və B layihəsinin - rəqibin hücumda xeyli güc sərf etməsindən maksimum yararlanmaq arzusunun startının müjdəsini verdi. Yeni "trio"dan Salifu Sumanı xüsusi qeyd edərdik. Rüstəm Əhmədzadəni əvəzləyən qvineyalı təmsilçimizin hücum xəttinə rəng qatdı. Cəmi 1 epizodla yadda qalan Ceyhun Nuriyevi əvəzləyən Eldar Quliyev də yalnız "yeni qan" obrazından o yana adlaya bilmədi. Ancaq bütün hallarda, bu, "Zirə"nin "indi mən sənə göstərərəm, Göygöz Kosa" mesajının başlanğıcı idi. Əgər Stefan Akkanın 77-ci dəqiqədə (Anje Mutsinzi ilə əvəzləndi) meydandan alınması rəqibin təzyiqinə cavab idisə, Junior Martinsin çox çalışmış, lakin faydalı iş əmsalı heç də yüksək olmayan Rafael Utsiqi əvəzləməsi "Göygöz Kosa əməliyyatı"nın ən vacib detalı idi. Hücuma "mərmi daşıyıcıları" xəttini büsbütün gücləndirən Sadıqovun oyun ərzində susan "1-ci skripkası" Davit Volkov cəmi bircə dəfə səhnəyə çıxdı, amma necə!? Suma və Martinsin canfəşanlığı sayəsində cərimə meydançasında topa qovuşan gürcü sol ayağı ilə uzaq küncü dəqiq nişan aldı. Qalan dəqiqələr ərzində "Şerif" fövqaladə heç nə edə bilmədi və "Zirə" Rəşad Sadıqovun rəhbərliyi altında ilk qələbəsini rəsmiləşdirdi.


Nəzərə alsaq ki, qarşıda daha bir 90 dəqiqə qalır, heyranedici epitetlər işlətməyək. Hər halda, vaxtilə "Neftçi"nin rəhbər şəxslərindən birinin avrokubokun ilk oyununda qazanılan qələbədən sonra "futbolçulara mükafat vermək istədik, ancaq onlar ilk matçdakı nəticəyə görə təklif etdiyimiz puldan imtina etdilər. Əsl peşəkarlıq nümunəsi!" deməsini unutmamışıq. Dolayısı ilə ilk matçdakı qələbəyə görə, "Zirə"ni göylərə qaldırmaq da buna bənzəyər. Bəli, Sadıqov taktiki cəhətdən vizavisi Yuri Quranı nokdauna göndərdi. Ukraynalı mütəxəssisin "belə oyunu uduzmaq ağırdı" deməsi isə ümidlərimizi daha da artırır. Əgər Quranın qurduğu komandanın potensialı budursa, nə xoş bizlərə. Bütün hallarda, 1 həftədən sonra kimin nokauta salınacağı görəcəyik. Hələlik isə Rəşad Sadıqov, "Zirə" və biz öndəyik - 1:0.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:31

Teddi Şerinqem “Mançester Yunayted”in baş məşqçisi Maykl Karrikinə tənqid etdi: Komanda nə edəcəyini bilmir

Futbol
Bu gün, 18:56

Bernaldan “Real Madrid”ə mesaj: “Avropanın ən yaxşı komandası Barcelona‑dır”

Futbol
Bu gün, 18:41

Ayxan Abbasovun Lixtenşteyn və Andorra oyunlarına hazırlıqda mətbuat konfranslarının vaxtı müəyyənləşdi

Futbol
Bu gün, 18:31

Kilian Mbappe, Fransa milli komandası İtaliya ilə qarşılaşmasını atlayacaq

Futbol
Bu gün, 18:28

Rəhim Həsənov 11-ci tur epizodlarına şərh verdi

Futbol
Bu gün, 18:26

Kerem Aktürkoğlu mövsüm sonunda Fənərbaxçadan ayrılaraq Avropaya qayıtmağı planlayır

Futbol
Bu gün, 18:16

22 yaşlı futbolçu Vanis Onsor məşq zamanı vəfat etdi

Futbol
Bu gün, 18:09

Öz futbolumuzu inkişaf etdirməliyik: Azərbaycan millisi Mərakeş deyil

Futbol
Bu gün, 18:00

Endrik Braziliya milli komandada oynamağın onun üçün ən böyük sevincidir

Qarabağ FK
Bu gün, 17:56

Veteran futbolçu: “Neftçi” bu mövsüm çempion olacaq”

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki yeni transfer həyata keçirməyi hədəfləyir

Basketbol
Bu gün, 17:36

İoannis Diamantakos: Gənc qadın basketbol komandamız üçün əsas məqsəd təcrübə toplamaqdır

Digər
Bu gün, 17:31

Fransa klubunun futbolçusu Vanis Onsor məşq zamanı vəfat edib

Cüdo
Bu gün, 17:30

Eşitmə məhdudiyyətli idmançılar üçün cüdo Avropa çempionatı Azərbaycanda keçirilməsi qürurvericidir

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Oxşar xəbərlər