top
Rəşad Sadıqov: Yaxın zamanda bu keçid olmayacaq Sport24.az
04 mart 2025, 19:55
- ↺ +

Rəşad Sadıqov: "Yaxın zamanda bu keçid olmayacaq"

Misli Premyer Liqasının XXV turunda keçirilən "Turan Tovuz" – "Zirə" (0:2) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvcəlcə oyunla bağlı fikirlərini bölüşüb:

 

– Futbolçularıma təşəkkür edirəm. "Turan Tovuz" əla komandadır. Onlara qarşı hazırlaşmaq da çətin idi. Komandanın gücü bəllidir. Olduqca vacib 3 xal qazandıq. Ən çətin qrafik bəlkə də bizdədir. 4 gün sonra "Səbail"lə oynamalıyıq. Nə qədər tez keçid edə bilsək, o qədər yaxşı olacaq.

 

– Kurban Berdıyevi üçüncü cəhddə məğlub edə bildiz. Bugünkü qələbənin sirri nə oldu?

– Futbolçuların əzmkarlığı və oyun intizamı. Rəqib son 25 dəqiqədə çox hücumlara atıldı. Amma futbolçularım buna imkan vermədi. Bir komandaya uyğun nələrisə dəyişmək çox çətin olur.

 

– İsa Cibrillanın davamlı start heyətdə yer aımasına nə mane olur?

– Həm Məqsəd İsayev, həm də Cibrilla eyni mövqeyin futbolçularıdır. Sadəcə bəzən rotasiyalar etməyə məcbur oluruq. Bu bəzən limitlə, bəzən də başqa səbəblə bağlı olur.

 

– Tiaqo Silvanın uzun müddət start heyətdə olmamasının səbəbi nədir?

– Limitə görə Tiaqoya şans verə bilmirəm. Amma Aydın Bayramovun performansı bizə rahatlıq verir.

 

– Belə həlledici məqamda futbolçuları psixoloji yoxsa taktiki cəhətdən hazırlamaq çətindir?

– Bunu sıx qrafiklə əlaqələndirə bilmərəm. Bura rotasiyayla gəlmişdik. Hansı ki, bunlar özünü doğrultdu.

 

– Çempionatda məğlub etmədiyiniz rəqib qalmadı. Bu əlavə motivasiya verir?

– Ən vacib olan budur ki, mayın sonu istədiyimiz yerdə olaq.

 

– Salifu Sumayla bağlı "Fənərbağça"nın maraqlanması doğrudur?

– Xeyr, rəsmi təklif olmayıb. Yaxın zamanda bu keçid olmayacaq. Sumanın agentini dəvət etmişdik. Onunla görüşdük və müqaviləni uzatdıq. Vacib olan futbolçunun situasiyanı dəyərləndirməsidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Futbol
Dünən, 20:23

Tenerifeli hücumçu İesus de Migele ölümündən sonra vəziyyəti ilə bağlı açıqlama verən qapıçı İesus Ovono

Qarabağ FK
Dünən, 20:01

İsveçin Höteborq şəhərində Zəfər Gününə həsr olunan şahmat turnirinin qalibləri açıqlanıb - FOTO

Digər
Dünən, 20:00

Nazir: Azərbaycan qlobal idman yarışlarına ev sahibliyi edərək dünya idman mərkəzi kimi tanındı

Digər
Dünən, 20:00

Fənərbaxçanın əvvəlki prezidenti Səddəddin Sarana bəraət verilib

Futbol
Dünən, 19:38

"Şamaxı"nın futbolçusu Abdul Raşid Mumini Benin millisinə çağırılıb;

Futbol
Dünən, 19:34

Kolumbiyalı qapıçı David Ospina 38 yaşında karyerasını başa vurdu

Oxşar xəbərlər