"Futbolçuları təbrik edirəm. İlk təhlükəli hücumda "Qarabağ" qol vurdu".
İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun finalında "Qarabağ"a 1:2 hesablı məğlubiyyətdən sonra deyib.
Gənc mütəxəssis bildirib ki, rəqibi presinq etməyə çalışıblar: "İkinci hissədən azərkeşlər zövq aldılar. Bu oyun biz üçün böyük təcrübəyə səbəb olacaq. 40 gün sonra bu səviyyəyə yaxın oyun gözləyir. Ordada bu iradə, usatlıq və güvənə ehtiyacımız olacaq. Ortada kubok olduğu zaman bu cer rəqiblər maksimum oynayırlar. Bizdə sonadək mübarizə apardıq. Alınmadı. Futbolçulatımla fəxr edirəm".