top
Rəşad Sadıqov: Səfərdə daha müdafiəyəmeyilli heyət qurmalıydıq Sport24.az
29 avqust 2024, 22:50
- ↺ +

Rəşad Sadıqov: "Səfərdə daha müdafiəyəmeyilli heyət qurmalıydıq"

"Zirə" Konfrans Liqası pley-off mərhələsinin cavab oyununda "Omoniya"nı 1:0 hesabı ilə məğlub etsə də, iki görüşün nəticəsinə əsasən, turnirdə mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məqşçisi Rəşad Sadıqov matçdan sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Matça hazırlaşmaq çətin idi. Birinci oyunda 0:6 uduzmuşduq. Amma maksimum köklənmişdik. Sona qədər mübarizə aparmaq istəyirdik. İlk 15-20 dəqiqə təzyiq yaratdıq. Düşünürdük ki, ilk dəqiqələrdə qol və ya qollar ümid yaradar. Təbii ki, 6:0-dan dönüş görməmişəm. Amma çalışırdıq. Fasilədə də danışdıq ki, yalnız qələbə qazanaq. Pley-off-da qələbə qazanmaq başqadır. Futbolçular çox yüklənmişdilər. "Omoniya" çempionata bir az gec başlayıb. İlk oyunda hiss olunurdu ki, rəqib bizdən daha gümrahdır. Futbolçularımı təbrik edirəm. Builki avrokuboklardan çox razı qaldım. Onları ürəkdən təbrik edirəm. Bütün fikrimizi çempionata verəcəyik.

 

- Oyun göstərdi ki, "Omoniya"nı keçmək olardı. Bir həftə əvvələ qayıtsaq, nəyi dəyişərdiz?

- Müəyyən şeylər var ki, dəyişərdim. Səfərdə daha müdafiəyəmeyilli heyət qurmalıydıq. Bizdə bəzən futbolu elə təhlil edirlər ki, reallıqdan uzaq. Baxırsan ki, o bizim qərarlarımıza təsir edir. Düzgün deyil, zəiflikdir. O məqamda nəyi düzgün görürsənsə, etməlisən. Həmin oyuna daha ehtiyatlı sistem buraxmaq istəyirdim. İki mərhələ keçmişdik. Birdən-birə elə dəyişiklik edərək bütün məsuliyyəti üzərinə götürmək çətin qərardır. Orada daha minimalhesabla uduzmaq olardı. Düzgün nəticə çıxarsaq, 6:0 da bizim üçün təcrübədir. Gələcəkdə bu mərhələyə gəldikdə, daha düzgün qərar verəcəyik.

 

- Komandada nə dəyişib?

- Futbolçular bir-birinə daha çox uyğunlaşırlar, oyun intizam artır. Vacib olan bunları saxlayıb, bir az inkişaf etdirməkdir. Təəssüflər olsun ki, bu mərhələyə gəlib çıxana qədər ciddi itkilərimiz oldu. Sol cinahda ötən mövsüm Məqsəd İsayev oynayırdı. Bu gün onu alışdığımız Məqsəd kimi gördük. O da formasını bərpa edib. Səfərdəki oyunda Hacıağa Hacılı isinmədə zədələndi. Özü ilə danışdıq ki, dözə bilərsən? İynə ilə oynadı. Zədə performansına təsir edirdi. Xırda detallar kimi görünə bilər. Amma təsir edən detallardır. Bu gün rəqibə rahat olmasına imkan vermirdik. "Omoniya"ya topla rahat oynamağa imkan vermək istəmirdik. Birinci oyuna qayıtsaydıq, bəzi şeyləri dəyişərdik. Təcrübədir. Sırf çempionata köklənəcəyik. "Qarabağ" da avrokubok matçı oynayıb. Heyətimizdə itkilər çoxdur, rotasiya üçün imkanımız azdır. İstədiyimiz nəticəni almağa çalışacağıq. "Qarabağ", "Sabah" və "Neftçi" çempionatın favoritidir. Belə məqamlarda dözməli, xarakter göstərməliyik.

 

- "Omoniya"ya 0:6 və "Şamaxı"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanı oyuna necə köklədiz?

- Kollektivimizə güvənirəm. Ən az hazırlaşdığımız, danışdığımız oyun idi. Matçdan öncə də "ustanovka" az oldu. Taktiki tapşırıqları dünən verdik. Daha çox hər şeyi özlərinə buraxmışdım. İnanırdım ki, bu vəziyyətdən düzgün çıxış yolu tapacaqlar.

 

- Bundan sonra Rəşad Sadıqovun məşqçi kimi hədəfi nədir?

- İlk növbədə bu nəticələri stabilləşdirməkdir. Futbol elədir ki, dünya çempionu olursan, ikinci dəfə bunu etmək çətindir. Futbolçularında hansısa rahatlıq baş verə bilər. Hədəfim bu nəticələri stabil etmək, avrokuboklarda hər il çıxış edib, xallar toplamaqdır. 

 

- "Qarabağ" "Dinamo"ya uduzdu, "Zirə" isə "Omoniya" səddini keçə bilmədi. İki komanda da əsəbi olacaq. Demək olar ki, tarixin ən güclü "Zirə"sini görəcəyik "Qarbağ"a qarşı?

- Tam heyətlə olsaydıq, razıyam. Üç gündən bir oynamaq çətindir. Təəssüflər olsun ki, 4-5 itkimiz var. Futbolçuların durumu sabah bəlli olacaq. "Qarabağ"la oyunda ən güclü "Zirə"ni görə bilməsək də, ən yaxşı oyunlarımızdan birini oynamağa çalışacağıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Futbol
Bu gün, 16:59

Füzuli Məmmədov "İmişli"yə namizədliyini irəli sürüb, lakin komanda Ervins Perkonsa şans verməyi planlayır

Futbol
Bu gün, 16:46

Vinicius Junior Dubayda ventilyatorla sərinlədildi – VIDEO

Futbol
Bu gün, 16:44

Luis Rubiales futboldan qadağası bitir, yenidən fəaliyyətə qayıdır

Futbol
Bu gün, 16:40

Alisson Beckerə beş ölkədən təkliflər gəldi

Futbol
Bu gün, 16:20

Manchester United baş məşqçisi üçün namizəd: Mauricio Pochettino

Digər
Bu gün, 16:15

Rafael Fiziyev 16 Yanvar Dallas’da Parnasla Döyüşü Üçün Hazırlanır

Tennis
Bu gün, 16:00

beIN Sports şərhçisi Arina Sabalenkaya təhqiramiz sözlər söylədi

Futbol
Bu gün, 16:00

Qaradağ Lökbatanın məşqçisi Amit Quluzadə: Qış fasiləsində transfer planları gözlənilmir

Futbol
Bu gün, 15:40

Lithuanian captain Nikolas Hasler Azərbaycan qarşısında iştirak etməyəcək

Futbol
Bu gün, 15:29

Endrik: 'Karierim üçün əlimdən gələni edəcəyəm', Madriddə qalmaq istədiyi açıqlanır

Futbol
Bu gün, 15:20

İspaniya Çexiya ilə matçda Lamin Yamal olmadan çıxacaq

Futbol
Bu gün, 15:00

Bavariya Loris Kariusa maraq göstərir

Formula 1
Bu gün, 14:59

FIA rəhbəri yaş məhdudiyyətini ləğv etməyi təklif edir

Futbol
Bu gün, 14:43

Özbəkistan Pro Liqasında kütləvi dava: Dörd futbolçu qırmızı kart gördü

Futbol
Bu gün, 14:29

Turan Tovuz futbol akademiyasında 400-ə yaxın uşaq fəaliyyət göstərir

Futbol
Bu gün, 14:23

U-20 Milli Qrupda Kadr Değişikliyi: Rüstəm Yarəhmədov Cəlb Edildi

Futbol
Bu gün, 14:15

İnzaqi ‘Əl‑Hilal’dan ayrılacaq: 26 milyon avrodan imtina etdi

Qarabağ FK
Bu gün, 14:11

AFFA Region Liqası 2026/2027 mövsümü yeni formatda başladı

Qarabağ FK
Bu gün, 14:00

Nəriman Axundzadənin gələcəyi: agenti səbirli gözləməyi məsləhət görür

Futbol
Bu gün, 13:50

AFFA və BFF-nin birgə təşkilatçılığı ilə D kateqoriyalı məşqçi kursu Bayıl stadionunda başladı

Qarabağ FK
Bu gün, 13:44

Mahir Emreli həftənin simvolik heyətində - FOTO

Futbol
Bu gün, 13:20

Barselona Conatan Ta ilə 2029-cu ilədək müqavilə təklif edir

Futbol
Bu gün, 13:20

II Liqada 10-cu turun yekun oyunları bu gün keçir

Oxşar xəbərlər