top
Rəşad Sadıqov: Ötən il israr edirdim, ancaq o, “Neftçi”ni seçdi Sport24.az
22 sentyabr 2024, 22:53
- ↺ +

Rəşad Sadıqov: "Ötən il israr edirdim, ancaq o, “Neftçi”ni seçdi"

Premyer Liqasının VII turunun "Sumqayıt" – "Zirə" oyunundan (0:2) sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb

 

– Vacib səfərdən qələbə ilə döndük. Uşaqları təbrik edirəm. Qarşıda bizi səfər oyunu gözləyir. Diqqətimizi oyunlara ayırmalıyıq.

 

– Premyer Liqada tək rəqibinizin "Qarabağ" olduğunu deyə bilərik?
– Xeyr, razılaşmıram. Bir çox komandalar yaxşı oyun nümayiş etdirir, nəticələr qazanırlar. "Araz-Naxçıvan", "Turan Tovuz", "Sabah", "Sumqayıt", "Neftçi". Düşünürəm ki, komandalar sona qədər avrokubok mübarizəsi aparacaqlar. Ayxan Abbasov da "Şamaxı"da yaxşı kollektiv formalaşdırıb. Bu mövsüm rəqiblər daha çox olacaq.

 

– Qara Qarayevin xidmətində maraqlısız?
– Ötən il danışmışdıq, özüm görüşmüşdüm. "Qarabağ"dan ayrılandan sonra "Zirə"yə gətirmək istəyirdik. "Neftçi"yə keçdi və orada oynamağa qərar verdi. İndi elə vaxtda azad agent kimi qaldı ki… hamı onun kimi oyunçunu heyətində istəyər. Amma hazırda onun mövqeyində 4-5 futbolçumuz var. Bu il onunla danışmamışıq. Ötən il israr edirdim, ancaq o, "Neftçi"ni seçdi.

 

– Qarayev "Neftçi"ni seçəndən sonra onunla qeyri-rəsmi inciklik olub?
– Xeyr. Onunla elə yol keçmişik ki, nəsə münasibətimizə təsir etməz. Məni də sıxan müəyyən nüanslar var. Qara elə futbolçudur ki, oynamalıdır. Hardasa qalmaq onun üçün yaxşı olmaz. Oyunlara çıxmalıdır, ambisiyalı, iddialı oyunçudur. Onunla münasibətimiz qaydasındadır, futbol haqda danışır, müzakirələr aparırıq. İndiki məqamda transfer haqda onunla söhbətimiz olmayıb.

 

– Emin Mahmudovun da "Neftçi"dən ayrılacağı gözlənilir. Belə şans olsa, onu komandanızda görmək istəyərsiniz?
– Əlbəttə, hamı istəyər. Futbolda uğursuz nəticələrin olduğu dönəmlər olur. Kapitan kimi məsuliyyətin böyük hissəsi ona düşür. Amma düşünürəm ki, "Neftçi"də layiqli kapitan olub. Təbii, Qriqorçuk da təcrübəli məşqçidir. Düşünürəm ki, Emin yoluna davam etməli, bizi əvvəlki oyunları ilə sevindirməlidir.

 

– Bu mövsüm yaxşı avrokubok mövsümü keçirdiniz. Ordakı məğlubiyyətdən sonra komandanı psixoloji cəhətdən Premyer Liqaya hazırlaya bildiz. Komandadakı atmosferi düzəltməyi necə bacardız?
– Futbolçular, azarkeşlər bir oldular. Məğlub olanda da hamı birlikdə idi. Bəlkə də, burda ən az pay sahibi mənəm. Düşünürəm ki, əsas üstünlüyümüz futbolçularımız oldu.

 

– Aşağı yaş qrupları üzrə milli komandalar uğursuz nəticələr göstərir. Yerli futbolçu baxımından sıxıntı var. Çıxış yolunu nədə görürsünüz?
– 4-5 il bundan əvvəl indiki problemləri yaşayacağımız aşkar idi. Gələcəyə nikbin baxıram. AFFA-nın yeni rəhbərliyi futbolumuza yeni nəfəs gətirməyə çalışır. Bunun bəhrəsini görəcəyimizi düşünürəm. 9-10 yaşından yetişdirdiyimiz futbolçuların 7-8 ilə yaxşı olacaqlarını fikirləşirəm.

 

– Futbol mütəxəssisi olaraq AFFA-ya bu mövzuda nə təklif edərdiz?
– Mən məşqçiyəm, bununla bağlı müzakirə lazımdırsa, edək. Ancaq açığı, mən 10 yaşlı futbolçunu necə yetişdirməli olduğumu bilmirəm. Hər yaş qrupunun öz peşəkar kadrı var. Mənə 18, 19 yaşlı futbolçu haqda soruşsanız, nəsə deyə bilərəm. Amma daha aşağı yaşlı uşaqların yetişdirilməsi ilə bağlı nəsə bilmirəm.

 

– "Qarabağ"ı kənara qoysaq, "Zirə" Azərbaycan futbolunda dominantlıq edir. "Zirə"nin çempionluğa oynamaq üçün neçə ilə ehtiyacı var?
– Sitasiuayadan, gedişatdan çox şey asılıdır. Ola bilər ki, elə məşqçi gəlsin, komandanı bir aya dəyişsin. Hər şey ola bilər. Bu gün "Turan Tovuz"un əsas üstünlüyü odur ki, əvvəlki və yeni baş məşqçi eyni sistemlə oynayır. Kurban Berdıyevin futbolçulara yanaşması bir az da komandanı artırıb. Sabah "Zirə"yə gəlsə, yenə uğurlu olar. Ümumiyyətlə, nə qədər zaman lazım olduğunu bilmirəm. Futbolda dəqiqliklə nəsə demək olmur. Başımızı aşağı salıb, bildiklərimizi etməyə çalışırıq. İnşallah, daha yaxşı, möhkəm komanda olarıq. Stabilliyi qorumaq lazımdır. Bunu etmək asan deyil. İlk məqsədimiz avrokuboklara vəsiqə, sonra ötənilki uğuru təkrarlamaqdır. Önümüzə baxacağıq.

– 10 il sonra özünüzü "Zirə"də görürsünüz?
– Ola bilər, niyə də yox?

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Formula 1
Bu gün, 05:16

Norris: Çempionluq mübarizəsi üçün hələ tam hazır deyilik

Futbol
Bu gün, 04:54

Manchester United baş məşqçisi Michael Kerrickin vəzifəsindən uzaqlaşdırılması mümkündür

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Oxşar xəbərlər