top
Rəşad Sadıqov: Hörmətsizliyi özünə və bizə qarşı etdi Sport24.az
24 iyul 2024, 18:50
- ↺ +

Rəşad Sadıqov: "Hörmətsizliyi özünə və bizə qarşı etdi"

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Slovakiyanın "DAC 1904" ilə ilk oyun öncəsi mətbuat konfransı keçirib. Sport24.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Sabah növbəti oyunumuza çıxacağıq. Bu dəfə gücümüzü Konfrans Liqasında sınayacağıq. Yaxşı komandaya qarşı mübarizə aparacağıq. Fərqli sistemi, fərqli oyun üslubu olan rəqibdi. Düşünürəm ki, azarkeşləri maraqlı oyun gözləyir. Biz də var gücümüzlə hazırlaşmışıq. Çalışacağıq ki, ilk oyunda sərfəli nəticə qazanaq və səfər matçında bir az üstünlüyümüz olsun. Cütün taleyi ikinci matçda həll olunacaq. Bu, rəqib üçün əlavə üstünlükdür. Amma öncə sabahkı matçı düşünürük. Allah qoysa, sabah düşündüyümüz oyun planı işləyər.

 

- Slovakiya komandaları ilə az qarşılaşmışıq. Hazırkı rəqibiniz hansı fikirdəsiniz?

- İspan mütəxəssis baş məşqçidir. 5-3-2 sistemi ilə oynayırlar. Fərqli sistemdir. Rəqibin oyunu haqda çox danışmaq istəmirəm. Amma onlar çox pressinq edən, rəqibi təzyiq altında saxlayan komandadır. Yaxşı futbolçuları var. Ən əsası da komanda şəklində oynayırlar. Bizim kimi heyəti qoruyub-saxlayıblar. Çox da detallı şəkildə danışmaq istəmirəm. Hazırda məni daha çox öz komandam düşündürür. Rəqibin gücünü də nəzərə almalıyıq. Vaxtımız az olub hazırlaşmağa. "Şerif"lə matçda daha çox idi. Amma düşünürəm ki, oyunçularım hazırdır.

- Salifu Summanın addımı onun "Zirə"dəki taleyinə kölgə saldı?

- "Zirə"dəki yox, öz karyerasına kölgə saldı. Yaxşı başlamışdı. Mərhələni keçsəydik, Summaya da təkliflər ola bilərdi. Belə məqamlarda az reaksiya verən futbolçu həmin an sərt reaksiya verdi. Hansı futbolçular provakasiyaya gedirsə, onlarla danışırıq. Halbuki Summa kimi ən fağır, sakit oyunçunun belə etməsi adamı daha çox məyus edir. "Zirə"dəki karyerasına zərər olmayacaq. Amma öz karyerasına zərbə vurdu. Növbəti oyunlar üçün böyük dərs oldu. Bu tip oyunlarda qırmızı almağın acı fəsadlarını gördü.

- Ona cəza verildi?

- Çox cəza verməyin tərəfdarı deyiləm. Ən az cəza verən məşqçiyəm. Bu hadisə baş veribsə, cəza çox şeyi dəyişməyəcək. Hörmətsizliyi özünə və bizə qarşı etdi. Təbii ki, cərimə olacaq. Qırmızı kartlarla bağlı cərimə prinsiplərim... UEFA-dan gələcək cəza futbolçuya kifayət qədər zərər vuracaqsa, bəsdi. Amma az olarsa, əlavələrimiz olacaq. Bundan sonra 200 min də cərimə olsa, qırmızı vərəqəyə görə böyük uğuru əldən verdik. Əsas səbəb onu götürürəm. Özü və bizim üçün böyük cərimə, cəza idi. Uğuru əldən verdik.

- Rəqibi yaxşı təhlil edə bildiniz?

- Tanımadığın rəqiblə oynamayana qədər nə qədər analiz edirsən-et, tam yaxşı tanımırsan. Biz də analiz etməyə çalışırıq. Ən gözəl analiz meydanda olacaq. İlk dəqiqələrdən sonra futbolçuların özü rəqibi hiss edəcək. Yaxşı istirahət etmişik. Çünki oyunçular 120 dəqiqə azlıqda oynadılar. Taktiki, texniki, fiziki cəhətdən hazırlaşmışıq. Əsas odur ki, planımız işləsin. Rəqibi "Şerif"lə müqayisə etsəm, daha təşkilatlanmış komandadır. "Şerif" daha çox fərdi ustalığa fikir verən komanda idi. Slovaklarda isə oyunçular bir-birini tamamlayır. Möhkəm kollektivdi. Çalışacağıq ki, sabah qələbə qazanaq, üstünlük əldə edək. Sabah oyun hər şeyi göstərəcək.

 

- Rəqib beşli müdafiə ilə oynayırsa, siz də fərqli sistemdə oynayacaqsınız? Start heyətində dəyişiklik olacaq?

- Bunlar haqda danışsam, qarşı tərəfə məlumat vermiş olacam. Çalışacağıq ki, sabah ən ideal heyət olsun. Sonradan meydana daxil olanlara da önəm verirəm. Hansısa dəyişikliyə gedə də bilərik, getməyə də bilərik.

 

- "Şerif"lə matçda qazaxıstanlı baş hakimi gördükdən sonra "bizim hakimlər şükürlü imiş" deyə, düşündünüz? 

- Həmişə hakimliyimizin səviyyəsindən razılıq etmişəm. Həmişə demişəm ki, hakimlərimiz yüksək səviyyəli oyunları idarə etməyə hazırdılar, bacarıqlıdılar. Bəzi hakimlərlə bağlı narazılığımız olub. Çünki səhvləri təkrarlayıblar. Elə səhvlər təkrarlanıb ki....Epizoda baxırsan, görürsən, amma fərqli qərar verirsən. Qazaxıstanla öz hakimlərimizi müzakirə, müqayisə etmərəm. Bu oyun olmasa belə. Çünki bizim hakimlər səviyyə olaraq daha üstündü. "Şerif"lə oyunda uduzmuşuq, danışmaq çətindi. Danışacağın halda, bəhanə kimi görünəcək. Amma hakimin xeyli səhvi var idi. Bu tip, bərabərsəviyyəli oyunda, özü də azlıqda qalan rəqib üçün hakim səhvləri böyük rol oynayır. Oyunun təkrarına baxdıqda, bunlar daha qabarıq görünür. Amma məğlub olmağımızın əsas səbəbi o deyil, azlıqda qalmağımızdı. Komandamız hesabı qorumağı bacardı. Təhlükəli epizodlarımız daha çox idi, rəqibdə elə deyildi. "Şerif" 2 zərbə vurdu, 2-si də qol oldu. Başqa təhlükəli qol epizodları yox idi. Həmin gün rəqibin günü idi. Hər şey onların xeyrinə oldu. Ona görə mərhələni onlar keçdi.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Basketbol
Bu gün, 15:20

Trabzonspor baş məşqçisi Sabahda məğlubiyyətdən sonra azad edildi

Voleybol
Bu gün, 15:12

Ordu voleybolu Avropada Debüt Edir: Norveçin Forde Klubuna Qarşı İlk Çempionat

Futbol
Bu gün, 15:11

Lamin Yamal küçədə gənclərə hədiyyə verdi

Futbol
Bu gün, 15:00

Kevin De Bruyne, Everton marağında: İngiltere'ye geri dönə bilər

Basketbol
Bu gün, 14:56

ABF idman direktoru: Sabahın Trabzonspor üzərində qələbəsi xüsusi əhəmiyyətə malikdir

Futbol
Bu gün, 14:49

Barselona Lisandro Martinesini transfer etmək planlaşdırır

Futbol
Bu gün, 14:31

Safonovun PSG-dəki maaşı aliment mübahisəsinə yol açdı

Basketbol
Bu gün, 14:24

ABF FIBA-yə qarşı CAS iddiasını açıqladı

Oxşar xəbərlər