top
Rəşad Sadıqov: Futbolçularımız heç cür bu stadiona adaptasiya ola bilmirdi Sport24.az
06 oktyabr 2024, 20:20
- ↺ +

Rəşad Sadıqov: "Futbolçularımız heç cür bu stadiona adaptasiya ola bilmirdi"

"İki fərqli hissənin şahidi olduq. Birinci hissədə daha üstün tərəf biz idik. Fasilədən sonra isə rəqib daha yaxşı idi. Qol epizodlarında bəlkə də bərabərlik oldu. Sonda rəqib standart vəziyyətdən fərqlənib, özü üçün vacib qələbə qazandıq. Qələbə münasibəti ilə rəqibi təbrik edirəm. Biz isə təhlil edəcəyik ki, niyə ikinci hissə bu qədər zəif keçdi, rəqibə bu qədər rahat oynamağa imkan verdik. Yetərincə vaxtımız olacaq ki, ikinci hissədə oynadığımız futbolu təhlil edək".

Sport24.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 9-cu turun "Turan Tovuz"la görüşündən sonra keçirilmiş mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

 

O, jurnalistlərin suallarını cavablandırıb.

 

- İlk hissədəki tempi saxlamağa nə çatmadı?

- Mənim üçün də bu dəqiqə maraqlıdır ki, niyə ikinci hissədə rəqibə bu qədər rahat oynamağa imkan verdik. Pressinqi aşağı sadlqı, dinamikamız aşağı düşdü, çoxsaylı top itkiləri oldu. Top itkilərinin çoxu süni ot örtüyü ilə bağlı idi. Futbolçularımız heç cürə bu stadiona adaptasiya ola bilmirdi. Texnikalı itkilər oldu. Bu da rəqibə üstünlük verir. 60-65-ci dəqiqədən sonra rəqibə üstünlüyü verdik.

 

- İkinci qoldan sonra emosional davrandınız. Şəhriyar Əliyevlə aranızda nə olmuşdu?

- Mənim atdığım hər addım çox şərh olunur. Bəlkə də ən sakit oyunlarımdan biri idi. Kurban Berdıyevi təbrik etdim, daha sonra içəri girdim və gördüm ki, futbolçular bir istiqamətə qaçdı,onları ayırdım, sakitləşdirdim. Şəhriyara da bildirdim ki, artıq qələbə qazanmısınız təbrik edirik, bu şeylərə, iki komandanın futbolçularının qırmızı almasına nə ehtiyac var? Belə, başqa heç nə.

 

- Milli fasilə ilə bağlı planlarınız necədir?

- Həmişə olduğu kimidir. Futbolçulara üç gün istirahət verəcəyik. Oktyabrın 20-də "Sabah"la oyunumuz var. Ona hazırlaşacağıq. Üst-üstə bizi səfər oyunları gözləyir, hamısı da iddialılardır.

 

- Qoldan sonra gərginlik yaşanmışdı. Etirazınız nəyə idi? 

- Epizodu görməmişdim.Baxanlar bildirdilər ki, rəqib blok qoyur. Əvvəllər "Sabah" komandası bloklardan çox istifadə edirdi. İndi isə "Turan Tovuz" daha çox istifadə edir. Hakimlərdən maraqlanmışam. Çox xahiş edirəm onlardan blok icazəlidir, ya yox? Soruşmuşam, dəfələrlə də deyilib ki, blok qoymaq icazəli deyil.Amma rəqibimiz cinah asmalarında da blok qoyurdu, kornerlərdə də. VAR isə buna müdaxilə etmir. Həmin epizodda görməmişəm, bilmirəm blok var idi, ya yox. Amma məşqçilərimiz ona etiraz edirdi. Böyük ehtimalla təmiz qol idi. Nəsə olsaydı, VAR-dan geridönüş olardı. Amma ümumən deyirəm ki, blokla bağlı hakimlərimiz tədbir görsün. Blok qoymağa icazə verilmirsə, klublara bildirilsin. Olsa belə, VAR-dan bildiriş gəlsin. Yoxdusa, biz də qoyaq. Bəzi komandaları edir, bəziləri etmir. Soruşuruq, deyirlər ki, cərimə zərbəsidir, olmaz. Əvvəllər mübahisəli epizodlara tez-tez baxırdıq "iped" vasitəsilə. Son vaxtlar baxmıram, çünki ara yerdə adam stress, əsəb keçirir. Bəlkə də hakim haqlıdır, sən orada başqa cür görürsən.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Futbol
Dünən, 20:36

“Araz-Naxçıvan”ın müdafiəçisi İssuf Paro Türkiyədə əməliyyat olundu

Basketbol
Dünən, 20:29

ABL 1-ci dövrün son turu üçün oyun vaxtları açıqlandı

Futbol
Dünən, 20:23

Real Madrid'in baş məşqçisi Joze Mourinyo La Liga'da Ayın Ən Yaxşı Məşqçisi seçildi

Basketbol
Dünən, 20:15

Sabah Qravett'ı geri qaytarmaqda

Futbol
Dünən, 20:04

Turan Tovuz”un vitse-prezidenti Həsən Zeynalov: “Məqsədə çatmasaq, baş məşqçi ilə danışılacaq”

Futbol
Dünən, 19:57

Qattuzo: "Otağa girdim, sanki morq kimi hissettim"

Futbol
Dünən, 19:51

Joze Mourino İspaniya La Liqasında oktyabr ayının ən yaxşı məşqçisi seçildi

Cüdo
Dünən, 19:43

Azərbaycanın iki cüdo hakiminə beynəlxalq dərəcə verildi

Oxşar xəbərlər