top
Rəşad Sadıqov: Bu mövsüm çempionat keçənilkidən də çətin olacaq Sport24.az
04 avqust 2024, 22:51
- +

Rəşad Sadıqov: "Bu mövsüm çempionat keçənilkidən də çətin olacaq"

Premyer Liqanın I turu çərçivəsində keçirilən "Zirə" - Səbail" oyunundan (4:1) sonra meydan sahiblərinin baş məşqçisi Rəşad Sadıqov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, "qartalların" çalışdırıcısı əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb: 

 

- Futbolçularımı təbrik etmək istəyirəm. İlk növbədə bu oyuna hazırlaşdıqları üçün. Vaxtımız çox deyildi. İlk dəqiqədən sona qədər futbolçular oyuna çox yaxşı köklənmişdilər. Bu da mənim üçün çox önəmlidir. Yaxşı başladıq. Fasilədə rəqibin irəli atılacağını ehtimal edirdik. İlk dəqiqələr çətin oldu, amma sonradan bir qol da vurub qalib gəldik. Sezona başlamaq həmişə çətindir. Futbolçularıma peşəkarlığa görə təşəkkür edirəm".

 

- "Osiyek"i  dərəcədə incələyə bilmisiz?

- Yaxşı komandadır. Əvvəl daha çox topla oynayırdılar. İtaliyalı məşqçinin gəlişindən sonra həm toplu, həm də topsuz olaraq yaxşıdırlar. Aqressivdilər. Rəqibi analiz etmişik. Birigün yola çıxırıq. Vaxtımız var idi, bir az təhlil etdik. Biz də yaxşı hazırlaşacağıq. İstədiyimiz rotasiyaları etdik. Vacib olan odur ki, kimsə yüklənmiş, yorğun halda oyuna çıxmasın. Uzun yol gedəcəyik. Məyus edən məqam zədəlilərimizin olmasıdır. Öz hədəflərimiz var. Düşünürəm ki, iki maraqlı oyunun şahidi olacağıq. Rafael Utsiq zədələnib. Tiaqo Silva, Pyer Zeblidə də həmçinin zədələr var. Onlar bizim üçün çox önəmli oyunçulardır. "Osiyek"ə qarşı oynayıb-oynamayacaqları yaxın günlərdə bilinəcək.

 

- Papunaşvilinin transferinin gec baş tutması  ilə bağlıdır?

- Bəli, sezonun əvvəlindən marağımız var idi. Sadəcə, klubla futbolçu arasında müəyyən detallarda razılıq yox idi. Bir həftə əvvəl razılıq əldə olundu. Məyus edən tərəf odur ki, ayyarım zədəsini müalicə edib, sonra isə fitnes məşqləri edib. Dörd aydır kollektivdən uzaqdır. Bəlkə də, formasını 2 aya bərpa edəcək.

 

- Uğurlu performansın davamı üçün hansı planlarınız var?

- Rəqibi bir az da təhlil edəcəyik. Oyun planı ilə bağlı məsləhətlər aparacağıq. İlk matçda uğurlu çıxış etmək çox önəmlidir. Rəqib də doğma azarkeşləri önündə sərfəli nəticə istəyəcək. Çox ciddi dəyişiklik etməyəcəyik. Bu günə qədər də maksimum çalışırdıq. Ən vacibi bu dəqiqə konsentrasiyanı qorumaqdır.

 

Klublarımızın avrokuboklarda üçüncü mərhləyə çıxması çempionatın səviyyəsi ilə bağlıdıryoxsa büdclərin yüksəlməsi?

- Futbolçu keyfiyyəti olaraq, bütün komandalarımız eyni keyfiyyətdədirlər. Bizdə büdcə artması baş verməyib, yerində qalıb. Eyni büdcə ilə işləyirik. Düşünürəm ki, büdcə ilə bağlı deyil. Keçən il çempionatın maraqlı və gərgin keçməsi komandaların keyfiyyətini qaldırdı. Bu tip oyunlarda faydalı olur. İstəyərdik ki, növbəti mərhələyə hamımız keçək. Bütün komandalar uğurlar arzulayıram.

 

-İssa Cibrilladakı perfromans artımını  ilə əlaqələndirisiz? Sanki Donald Geryenin "Qarabağ"a gəldiyi ilk günləri xatırladır...

- Tez-tez zədələnirdi. Bu mövsüm daha məsuliyyətli yanışır işinə. Bəhrəsini də görür. Donald Gerye ilə müqayisə etdiz. Bizim əsas sol cinah müdafiəçisi Cibrilla olmayacaq. Sağdan da hücumameyilli oynayır. Avrokuboklarda sol müdafiəçi kimi yoxlayırıq. Məqsəd və Fuad da daha çox bu mövqedə oynayırlar. Avrokuboklarla bağlı planımız budur. Məqsədin də performansından çox razıyam. Fuad da o mövqedə yaxşı oynayıb. Sevindirici haldır ki, futbolçularda universallıq var. Belə olduqda, məşqçi üçün manevr imkanları asan olur.

 

"Səbail"dən hamı ilə görüşdüzKərim Diniyevlə görüşmədizSəbəb  idiprobleminiz var?

- Nə problemim ola bilər? Futbolçu vaxtında ən çox hörmət etdiyim futboçulardan idi. Bir çox futbolçularla yaxınlıq edirik. Kərim 4-5 futbolçudan biridir ki, hər məşqçinin məhəbbəti və hörməti olar. Görüşməmişəmsə də, xartırlamıram. Bir-bir hamı ilə görüşdüm.

-Roman Qriqorçukun "Neftçi"siKurban Berdıyevin "Turan Tovuz"u haqda təəssüratınız necədir?

- Oyunu izləyə bilməmişəm. Havalar çox isti keçir. Oyunun icmalını izlədim. Dünən necə oynayıblar bilmirım. İki təcrübəli, böyük məşqçi çempionatımıza gəlib. Belə insanların gəlişinə çox sevinirəm. Öz komandalarına oyunlarını, ustalıqlarını yansıdacaqlar. Bu mövsüm çempionat keçənilkidən də çətin olacaq.

- Yerli bazardan transferlər edirsizTəsadüfdür?

- Təsadüfən elə alındı. Başqa ölkələrdən də transferlərimiz olur.

Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 16:07

Fərid Qayıbov Beynəlxalq Etnosport Forumunda etnosport ailəsinin güclənməsindən danışıb - VİDEO

Futbol
Bu gün, 15:59

Seru Girassi "Borussiya"dan ayrılmağa hazırlaşır, "Fənərbağça" variantı gündəmdə

Futbol
Bu gün, 15:45

Levandovski "Barselona"da Stoiçkovu qol sayına görə geridə qoydu

Minifutbol
Bu gün, 15:45

Mini-futbolda mart ayının ən yaxşı qolunun müəllifi və çempionat müsabiqəsinin qalibləri mükafatlandırıldı - FOTO

Futbol
Bu gün, 15:39

"Sabah"ın müdafiəçisi Puxaç Polşa millisinə qayıtmaq ümidindədir

Futbol
Bu gün, 15:30

"Kəpəz" - "Qəbələ": Oyun başladı və hesab 0:0-dır

Futbol
Bu gün, 15:29

"Kəpəz" - "Qəbələ": Start heyətlər və oyun öncəsi məlumatlar

Futbol
Bu gün, 15:29

Flikin rəhbərliyi altında "Barselona"nın 300 qolu

Futbol
Bu gün, 15:18

Klopp: Məşqçi olduğum müddətdə özümü dahi mütəxəssis saymamışam

Futbol
Bu gün, 15:06

AFFA U-14 yığma komandasının yaradılmasına baxır

Basketbol
Bu gün, 15:00

Dastin Sleva "Jalgiris"lə müqaviləsini 2028-ci ilə qədər uzadıb

Futbol
Bu gün, 15:00

Azər Bağırov: "Komandada müsbət qığılcımlar var, yaxşı kollektiv formalaşdırırıq"

Futbol
Bu gün, 14:46

"Barselona" "Real" üçün La Liqada çempionluq şanslarını azaldıb

Futbol
Bu gün, 14:40

"Kəpəz" - "Qəbələ": Heyətlər və oyun ətrafında məlumat

Boks
Bu gün, 14:35

Yəhyayev Ribeyro üzərində qələbədən sonra titul iddiasını açıqladı

Futbol
Bu gün, 14:26

"Kəpəz" - "Qəbələ": Start Heyətlər Açıqlandı

Futbol
Bu gün, 14:20

"Napoli" Antonio Kontenin İtaliya millisinə getməsinə razıdır

Formula 1
Bu gün, 14:11

Ralf Şumaxerdən "Ferrari" pilotları arasındakı gərginliklə bağlı xəbərdarlıq

Futbol
Bu gün, 13:57

Flikin "Barselona"sı 300 Qol Həddini Aşdı

Boks
Bu gün, 13:53

Asu Almabayev Bakı UFC turnirində reytinqli rəqibə qarşı döyüşəcək

Futbol
Bu gün, 13:45

Yurgen Klopp: Mən heç vaxt özümü böyük məşqçi hesab etməmişəm

Gimnastika
Bu gün, 13:30

Azadə Atakişiyeva "AGF Trophy"də qızıl medal qazandı

Futbol
Bu gün, 13:15

Həbib Nurməhəmmədov "Atletiko Madrid"in qonağı olub, ona forma hədiyyə edilib

Futbol
Bu gün, 13:11

Zamiq Əliyevin iştirakı ilə "Eqnatiya" "Skenderbeu"nu darmadağın etdi

Oxşar xəbərlər