top
Rəşad Sadıqov: Beş-altı həftə sonra bizə qoşulacaq Sport24.az
15 sentyabr 2024, 20:27
- ↺ +

Rəşad Sadıqov: "Beş-altı həftə sonra bizə qoşulacaq"

Premyer Liqanın VI turu çərçivəsində baş tutan "Zirə" - "Neftçi" matçından sonra təşkil olunan mətbuat konfransında meydan sahiblərinin çalışdırıcısı Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi əvvəlcə oyunla bağlı fikirlərini bölüşüb.

 

- Futbolçularımı təbrik edirəm. Vacib üç xal qazandıq. Oyun bizim üçün uğurlu başladı. İlk dəqiqədə pressinq tətbiq edərək, topu əldə edib qapıya zərbə vurduq. Hesabı açdıq. Ondan sonra oyun daha çox ortada keçirdi. İlk hissədə ərazi üstünlüyümüz var idi. Bilirdik ki, fasilədən sonra rəqib daha çox irəli atılacaq. Futbolçularım tempdən düşmədi və lazım olan ikinci qolu vurduq. Bizim üçün çox vacib qələbə qazandıq".

 

- Bugünkü "Zirə" görmək istədiyiniz komandadır?

- Faiz nisbəti olaraq deməyəcəm. Oyunçulardan razıyam. Çempionatda iki məğlubiyyətimiz var idi. Nəticə psixoloji cəhətdən çox önəmlidir. Bərabərlik də pis nəticə sayılmayacaqdı.

 

- Yusuf Lavalın transferində Junior Martinsin zədələnməsi önəmli rol oynadı?

- Lavalla danışığımız mövsümün əvvəlində olmuşdu. Klub buraxmırdı. Ani baş verdi keçid. Məsələ Juniorun zədəsi ilə bağlı deyil. Hücumda cəmi 5 futbolçu var idi. Axtarışlarımız davam edirdi. Tam istədiyimiz variant çıxmırdı. Laval təklif olunduqda, düşünmədən imzaladıq. Bilirdik ki, zədəsi var. Beş-altı həftə sonra bizə qoşulacaq. Uzun müddət komandamıza xidmət etməsini düşünürük. Altı hücumameyilli oyunçumuz var. Sağlam rəqabət olacaq.

 

- Filipe Paxtmanın taleyi necə olacaq?

- Artıq üçüncü dəfə zədələndi. Müalicə olunacaq. Çarpaz bağlar qopan futbolçunun müalicə yolu ilə düzəldiyini bilmirəm. Onlar əməliyyatı yox, müalicəni seçib. 

- Ayron Qomisin iştirak ərizəsində adının olmaması nə ilə bağlıdır?

- "Kasımpaşa" ilə toplanış keçmişdi. Komandamıza da qoşulmuşdu, sadəcə, zədələndi. Futbolda belə hallar olur. Sağlam olan futbolçularımız itkiləri hiss etdirmirlər. 

 

- Avrokuboklardakı çıxışınız sizə inam qazandırıb? 

- Bəzən mənfi təsiri olur, bəzən müsbət. İki sezon əvvəl "Makkabi" ilə oyundan döndük və uçurama düşdük. Çempionatı uğursuz başladıq. Sonda da təsirini göstərdi. Bilmirik sabah necə olacaq. Zaman göstərəcək. Rəqib üzərində üstünlüyümüz o idi ki, daha çox hazırlaşmışıq, daha çox oyun keçirmişik. "Neftçi"nin baş məşqçisi yeni gəlib. Əminəm ki, "Neftçi" qarşıdakı turlarda toplarlanacaq. Görünən odur ki, olduqca maraqlı və gərgin çempionat olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 12:20

Georgi Mamardaşvili Liverpuldan ayrılacaq

Futbol
Bu gün, 12:15

Batrakov Galatasaray bonus ödənişlərindən imtina etdi

Futbol
Bu gün, 12:00

Sponsorsuzluq səbəbindən Göyəzən futbol komandası ev oyunlarını keçirə bilmir

Futbol
Bu gün, 12:00

Rizespor 'Sabah'ın hücumçusuna maraq göstərdi

Cüdo
Bu gün, 11:48

Tramp, UFC rəhbəri Dana White‑ı Ağ Evdə jurnalistlərin suallarını cavablandırmağa dəvət etdi

Futbol
Bu gün, 11:20

Realın iki futbolçusu üçüncü dəfə 2026-ya qədər FIFPro Rəmzi Komandasına seçildi

Futbol
Bu gün, 11:18

Arsenalın keçmiş məşqçisi Arsen Venger, FIFA prezidenti seçkilərinə namizədliyini dəyərləndirir;

Futbol
Bu gün, 11:01

Barselona futbolçularına dair dopinq iddiaları yenidən gündəmə gəldi

Futbol
Bu gün, 10:46

Poçettino Manchester Unitedə məşqçi kimi gəlməyə hazırdır

Futbol
Bu gün, 10:40

Zidane 19 ildən sonra ikinci divizion futbolçusunu milli yığmaya dəvət etdi

Futbol
Bu gün, 10:35

Xankəndi stadionunda yenidənqurma sonrası ilk rəsmi oyunun vaxtı açıqlandı

Futbol
Bu gün, 10:20

Leipzig, Nkunku üçün 'Milan'a təklif göndərdi

Basketbol
Bu gün, 10:16

Fransalı Viktor Vembanyama NBA tarixində 40 xal, 11 ribaund, 9 blok və 2 üçxallıqla unikal rekord yaratdı

Futbol
Bu gün, 10:09

Milan futbolçusu Yunus Musanın müqaviləni uzatmaq istəyir;

Voleybol
Bu gün, 10:01

Turan Voleybolçusunun Hərzə Gözəl Hərəkəti: Yuliya Kərimova Itə Hədiyyə Yedirdi

Qarabağ FK
Bu gün, 10:00

Marko Yanković Qarabağdan ayrıldı: Yarımmüdafiəçi yeni müqavilə üçün söhbətləri dayandırdı

Futbol
Bu gün, 09:42

Ten Hag Ronaldo'ya Kritiklərlə Qarışdı – Münaqişə 2022-ci ildə Başladı

Futbol
Bu gün, 09:40

Caka zədəsi səbəbindən İsveçrə milli takımdan uzaqlaşdırıldı

Voleybol
Bu gün, 09:35

"Turan" voleybol klubu Çempionlar Liqası qrup mərhələsinə vəsiqə qazanma şansını artırır;

Futbol
Bu gün, 09:31

Barselona Bavariya müdafiəçisini transfer etməyə çalışır, amma nəticəsiz qalır

Futbol
Bu gün, 09:20

Lion U-17 futbolçuları silahla hücum edildi

Güləş
Bu gün, 09:16

Çimərlik Güləşində Azərbaycan Komandası 3 Qızıl, 1 Gümüş Medal Qazanaraq Unikal Uğur Qazanır

Güləş
Bu gün, 09:01

Dakar 2026 Yay Olimpiya Oyunlarından çimərlik güləşçilərimiz qızıl və gümüş medallar ilə Vətənə qayıtdı - FOTO

Basketbol
Bu gün, 09:00

FIBA Çempionlar Liqası: "Sabah" bu gün Bakıda "Trabzonspor"a qarşı oynayacaq

Oxşar xəbərlər