top
Rəşad Sadıqov: Bərabər mübarizə gedirdi Sport24.az
30 noyabr 2024, 19:38
- +

Rəşad Sadıqov: "Bərabər mübarizə gedirdi"

"Zirə" Misli Premyer Liqasının 15-ci turunda doğma meydanda "Sumqayıt"ı 4:1 hesabı ilə məğlub edib. Sport24.az əbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- Çox maraqlı oyunun şahidi olduq. Hər iki komanda baxımlı futbol oynamağa çalışırdı. İkimizdə də yaxşı alınırdı. Qol epizodlarımız var idi. İstifadə edə bilmədik, rəqib kornerdən fərqləndi. Meydanda bərabər mübarizə gedirdi. Əks-hücumlarımız kəsərli idi. "Sumqayıt" yaxşı pressinq edirdi. Biz də pressinq tətbiq edərək, hücumlar qurmağa çalışırdıq. Pis deyildi. İkinci hissədə rəqibdən üstün oynadıq və qol epizodlarından istifadə edərək qalib gəldik. Vaqif Cavadovu təbrik edirəm. Bu yükün altına girdikdə narahatlığım var idi. Amma oyunlar göstərir ki, yükü daşımağa qadirdir. Rəqibi analiz edəndə maraqlı detallar gördük. Vaqifə uğurlar arzulayıram. Futbolçularımı da təbrik edirəm. Üç gündən sonra kubok matçına çıxacağıq. Tez o oyuna keçid etməliyik.

 

- Vaqif Cavadov dedi ki, rəqib güclü olsa da, qolları biz hədiyyə etdik...

- Yaxşı pressinq tətbiq edib, hücuma keçidlərdən qollar vurduq. O elementlər də müasir futbolda çox önəmlidir. Qolların 60-70 faizi o elementlərdən sonra olur. Mövqe hücumları ilə qol vurmaq çətindir. Təhlil etdikdən sonra bəlkə fikrim dəyişəcək.

 

- Orxan Məmmədov matçdan sonra paltardəyişmə otağında oldu. Nə danışdı sizinlə?

- Bizim üçün sevindiricidir ki, klubumuzun fəxri prezidenti komandanı təbrik etdi. Müəyyən movzuları mətbuatda danışmaq doğru olmaz. Yaxından təbrik etməyi, dəyər verməyi bizim üçün önəmlidir. Çətin günlərdə Orxan Məmmədov özünü önə verir. Ona təşəkkür edirəm.

 

- Utziqin durumu nə yerdədir?

- Görünən odur ki, zədəsi ciddidir. Dünən Qismət Alıyevi itirdik, 5-6 həftə olmayacaq. Bu gün Utziqin zədələnməsi bizi məyus edir. Görünən odur ki, qış fasiləsindən sonra oynaya biləcək. Sabah MRT olacaq. Daha dəqiq biləcəyik. 

 

- Davit Volkovun bugünkü performansı haqda nə deyərdiz?

- Məşqlərdə eyni istək, eyni konsentrasiya ilə oynayır. Meydanda əzmkarlıq edir. Söhbət tək söhbət Volkvodan getmir. Elə olanda oyunda çox şey alınır. Uğurun sirrini onda görmüşəm. Nə qədər əzmkar çalışacaqsan, nəticədə sevinən tərəf olacaqsan.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 02:17

Xabi Alonso Premyer Liqada ilk beş matçında hər birində iki qol buraxmaq rekordunu qırdı

Futbol
Bu gün, 01:03

Brentford, Çelsini 3-0 məğlub etdi – Qələbəsiz seriya 3 oyuna çatdı

Futbol
Bu gün, 00:33

Bayern'dən Union'a 7-0 dəhşətli qələbə: Olise hətt-rik, Kane dubl, tarixi rekord - VİDEO

Qarabağ FK
Dünən, 23:34

“Qarabağ” və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev ağır zədədən sonra tribunadan matç izləyir - VİDEO

Futbol
Dünən, 23:24

Qəbələdə Neftçi 3 qolla qalib gəldi - Video icmalı

Futbol
Dünən, 23:19

UEFA Infantino'ya Dünya Kuboku səhmlərinin satışı planına qarşı təzyiq artırır

Qarabağ FK
Dünən, 23:05

Qurban Qurbanov: “1:0 qələbə aldıq, lakin bəzi futbolçular uzun fasilədə istirahətə üstünlük verirlər”

Futbol
Dünən, 20:36

Azər Məmmədov: “Kəpəz” komandasının kubokun finalında çıxmasını çox istərdim – MÜSAHİBƏ

Futbol
Dünən, 18:59

Tomas Tuhel İngiltərə milli futbol heyətini açıqladı

Futbol
Dünən, 18:26

Gəncəbasar 2 oktyabrda Kəpəzlə təlim mərkəzində yoxlama oyunu keçirəcək

Futbol
Dünən, 18:12

Azərbaycan milli komandası üçün legionerlərin siyahısı açıqlandı: çağırılanlar və kənarda qalanlar

Futbol
Dünən, 15:04

AFFA və PFF rəhbərləri əməkdaşlıq perspektivləri üzrə geniş müzakirə aparıblar - FOTO

Futbol
Dünən, 14:31

Karvan‑Yevlax futbolçusu Ruslan Voronsovla yollarını ayırdı;

Şahmat
Dünən, 11:54

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan kişi və qadın yığmaları üçüncü turda İsveçrə və İsveçlə üz-üzə

Futbol
Dünən, 11:11

Libertadores Kubokunda yarımfinal cütləri açıqlanıb: Flamenqo‑Estudiantes, Palmeyras‑Fluminense qarşılaşacaq

Formula 1
Dünən, 10:05

Formula-1 Qran-prisi zamanı Bakıda yol hərəkəti cədvəli açıqlanıb

Futbol
Dünən, 10:00

“Sumqayıt”da zədəli vitse‑kapitan Roy Kehat komanda ilə məşqlərə qayıdır

Boks
Dünən, 09:48

Azərbaycanın iki boksçusu Avropa çempionatında qələbə qazandı

Qarabağ FK
Dünən, 09:10

Qarabağ – Şəfa: Misli Premyer Liqasının 6-cı turunun ilk oyun günü

Futbol
Dünən, 04:53

“Bavariya” “Benfika”nın mərkəz müdafiəçisi Tomas Arauxonu transfer etmək istəyir

Digər
Dünən, 03:31

İsveçin keçmiş dünya hokkey çempionu Hans Tvillinq 98 yaşında vəfat etdi

Futbol
Dünən, 01:02

Beşiktaş Avropa Liqası I turunda Marsel'i 4:1 hesabı ilə məğlub etdi

Futbol
17 sentyabr 2026, 23:54

“Qəbələ”nin yeni baş məşqçisi Yeton Beqiri təqdim edildi

Qarabağ FK
17 sentyabr 2026, 23:48

Misli Premyer Liqası VI turun hakim heyəti açıqlanıb

Oxşar xəbərlər