top
Rəşad Sadıqov: Qələbəni tək meydanda olan oyunçular yox, Zirə ailəsi olaraq qazandıq Sport24.az
24 fevral 2025, 22:02
- ↺ +

Rəşad Sadıqov: Qələbəni tək meydanda olan oyunçular yox, "Zirə" ailəsi olaraq qazandıq"

"Hər iki komandanın futbolçularına təşəkkür etmək istəyirəm. Nəticə necə olsaydı da, bu fikirdə qalacaqdım. Dünən gəldilər, oyunun başlamasına bir neçə dəqiqə qalmış matç təxirə düşdü. Bu gün stadiona gəldilər, oyun başqa saata təxirə salındı. Belə olan durumda meydana çıxmaq, motivasiya ilə futbol oynamaq çox çətindir. Amma hər iki komandanın futbolçuları əzmkar mübarizə apardılar. Bu gün qazandığımız qələbə bizim üçün çox vacib və önəmli idi. Qələbəni tək meydanda olan oyunçular yox, "Zirə" ailəsi olaraq qazandıq. Səhər saatlarından azarkeşlərimiz, stadionun işçiləri, idarə heyəti, hamı meydançanın oyuna hazır olması yönündə əziyyət çəkirdi, işləyirdi. Şükürlər olsun ki, sonda qələbə qazandıq. Onun bəhrəsini gördük. Oyuna gəldikdə, futbolçularıma bir daha göstərdikləri mübarizəyə görə təşəkkür edirəm. Rəqib son 5 turun birində uduzmuşdu. İddialı komandalarla yaxşı nəticə əldə etmişdilər. Baxımlı, yaxşı oynayıb qalib gəldik. Üç gündən sonra "Araz-Naxçıvan"a qarşı kubokun cabab görüşü gözləyir. Ondan sonra isə " Turan Tovuz"la səfər görüşünə çıxacağıq. Olduqca çox vacib oyunlara çıxacağıq. Daha sonra "Səbail"lə evdə qarşılaşacağıq. İstirahət etməyə, qələbələri qeyd etməyə çox da vaxtımız yoxdur. Bu dəqiqə ən vacib olan qələbə qazanıb, növbəti matça hazırlaşmaqdır. Bu cür qar yağdıqdan sonra meydançanın bu vəziyyətdə olması klubun, stadionun işçilərinin əməyidir ki, daim stadionumuza yaxşı baxırdıq. O cür yüklənmədən sonra yenə də yaxşı futbol oynamağa şərait var idi. Amma bilirik ki, dünən və bu gün meydançamız çox zədələndi. Görək üç gündən sonra vəziyyət nə yerdə olacaq".

 

Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

"Zirə" Misli Premyer Liqasının 24-cü turunda doğma meydanda "Kəpəz"i 1:0 hesabı ilə məğlub edib.

 

- Filipe Paxtmanla yollarınızı ayırdınız. Bu haqda fikriniz necədir? 

- Ona yetərincə şans verdik, yanında olduq. Çox istədiyim insanlardan və futbolçulardan biridir. Sonda hər iki tərəf qərar qəbul etdi ki, yollarımızı ayıraq. Ona gələcək karyerasında uğurlar arzulayıram. 

 

- Legioner limitinin ləğvi ilə əlaqəsi var idi? Çünki rüsumlar qalxıb...

- Xeyr. Heç bir aidiyyəti yox idi. Sağlam olsaydı, bizimlə olacaqdı. Zədəsi sağalmamışdı, yenə də uzun müddət bərpa olunmalı idi. Düşündük ki, belə həm özü, həm də komamda üçün faydalı olar.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Futbol
Dünən, 20:29

Qəbələ-2 3-7 məğlubiyyətə düşdü

Oxşar xəbərlər