top
Rəşad Sadıqov Qəbələ Qələbəsi və Kəpəz Matçı Haqqında Danışdı Idman.biz
Bu gün, 21:35
- +

Rəşad Sadıqov "Qəbələ" Qələbəsi və "Kəpəz" Matçı Haqqında Danışdı

"İlk turda ən parlaq oyun nümayiş etdirən komandaya qarşı oynayırdıq. "Qəbələ" "Karvan"la matçda çoxsaylı qol epizodları yaratmışdı. Komandanın gücünün və istəyinin necə olacağını bilirdik. Uzun fasilədən sonra Premyer Liqada ilk ev oyunları idi. Bilirdik ki, rəqib aqressiv və istəkli olacaq. Oyun elə də başladı. "Qəbələ" hesabı açdı. Ondan sonra komandamız daha sürətli oynadı. Çox vacib qollar vurub qələbə qazandıq. Bu, bizim üçün olduqca kritik qalibiyyət idi. Çempionatda həmişə birinci qələbəni qazanmaq çətin olur. 4 gün sonra "Kəpəz"lə vacib matçımız var. Tez bərpa olub həmin oyuna köklənməliyik".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının II turunda səfərdə "Qəbələ" üzərində qazanılış 2:1 hesablı qələbəni şərh edib.

- Ötən mövsümlə müqayisədə Salifu Suma və Rafael Utziqin yoxluğu görünür?

- Sumanın yerində oynayan Ceyhun bu gün 2 qol vurdu. Junior Martins də yaxşı oyunlarından birini keçirdi. Ümumən onların yoxluğunu mövsüm ərzində hiss edə bilərik. Son dövrlərdə müəyyən transferlər etdik. Amma futbolçularımız hazır deyil. Namik Ələskərova, Leroy Mikelsə, Eldar Quliyevə, Yeqor Boqomolskiyə bir az vaxt lazımdır. Gedən oyunçuların yoxluğu avrokuboklarda təbii ki, hiss olunurdu. Çünki bu dəyişikliklər birdən-birə baş verdi.

- Köməkçi məşqçi Eltun Yaqublu ilə yolların ayrılmasının səbəbi nədir?

- Sıradan bir gediş idi. Eltun futbol fəaliyyətini dayandırmaq qərarı qəbul etdi. Ən azından bir ara fasilə verəcək. Uzun zaman sonra nə baş verəcəyini deyə bilmərəm. Yaxın gələcəkdə futbol sahəsində fəaliyyət göstərmək istəmir.

- Klubun büdcəsində dəyişiklik olub?

- Elə məsələlər var ki, onları mətbuat qarşısında müzakirə etmək doğru deyil. Büdcəyə uyğun təhlillər aparıb işlərimizi qururuq. Mövsüm bitdikdən sonra rəhbərliklə müəyyən məsələləri müzakirə etdik. Büdcə azalsa da, bizə fərq etmir. Çalışırıq ki, işimizi görək.

- 4 gün sonra rəqibinizin "Kəpəz" olması işinizi asanlaşdırmır?

- Tam əksinə. Bu periodda "Kəpəz"lə oynamağı heç istəməzdim. Çünki biz də onların "Karvan-Yevlax"la oyunundan sonra azarkeşlərlə futbolçular və məşqçilər arasında olanları gördük. Ola bilər ki, komanda xüsusi motivasiya ilə matça çıxsın. Bu tip oyunları sevmirəm. Qarşılaşmaya var gücümüzlə hazırlaşmağa çalışacağıq. Başa düşürük ki, "Kəpəz" təhlükəli komandadır. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 23:24

Əvəzedicilər Liqası: "Turan Tovuz" və "Sabah" II turda səfərdə qalib gəlib

Futbol
Bu gün, 23:08

"Eyüpspor" - "Alanyaspor" matçında 3 qol qeydə alındı: "Eyüpspor" qələbə qazandı

Güləş
Bu gün, 23:05

Turan Daşdəmirov: "Növbəti illərdə medalımın əyarını qızıla dəyişəcəm"

Futbol
Bu gün, 22:55

Nikolas Cekson "Bavariya" ilə razılaşıb, "Çelsi"nin qərarı gözlənilir

Futbol
Bu gün, 22:40

Cəlal Hüseynovun komandası "Arda" səfərdə "Slaviya"ya uduzub

Güləş
Bu gün, 22:33

Ayxan Cavadov: U-20 Dünya Çempionatı mənim üçün çox uğurlu oldu

Futbol
Bu gün, 22:31

Kaxaber Tsxadadze: Gənc oyunçulara təcrübə lazımdır

Cüdo
Bu gün, 22:25

U-17 Cüdo Liqasının III Turunda Qaliblər 16 Çəki Dərəcəsində Bəlli Olacaq

Futbol
Bu gün, 22:21

Kaxaber Tsxadadze: "Təcrübə qazandıqca hər şey düzələcək"

Güləş
Bu gün, 21:59

Nurəddin Rəcəbov: U-20 Dünya Çempionatında 1 dəst medal uğurlu nəticədir

Futbol
Bu gün, 21:56

"Şamaxı" "Şəfa" ilə heç-heçə oynadı

Futbol
Bu gün, 21:54

"Şamaxı" "Şəfa" ilə heç-heçə edib

Futbol
Bu gün, 21:50

Rəşad Sadıqov "Qəbələ" üzərində qələbədən danışdı: Kritik qələbə idi

Futbol
Bu gün, 21:26

Antoni yenidən "Betis"ə qayıda bilər

Futbol
Bu gün, 21:12

Nikolas Cekson "Bavariya" ilə razılaşıb, transfer "Çelsi"nin qərarından asılıdır

Futbol
Bu gün, 21:00

"Zirə" "Qəbələ"ni məğlub etdi - 1:2

Futbol
Bu gün, 20:57

Kristian Asllani "İnter"dən "Torino"ya icarəyə verildi

Futbol
Bu gün, 20:57

"Zirə" "Qəbələ"ni səfərdə məğlub etdi: Premyer Liqada II tur yekunlaşdı

Futbol
Bu gün, 20:53

Misli Premyer Liqası: "Zirə" səfərdə "Qəbələ"ni məğlub etdi

Futbol
Bu gün, 20:38

"Qarabağ" Kolumbiyalı Kamilo Duranı Transfer Etdi

Futbol
Bu gün, 20:37

"Zirə" "Qəbələ" ilə heç-heçə etdi

Futbol
Bu gün, 20:27

"Qalatasaray" Vilfred Sinqonu transfer etdi: 35 milyon avro

Güləş
Bu gün, 20:26

U-20 Dünya Çempionatında uğurlu çıxış edən Azərbaycanın yunan-Roma güləşçiləri Vətənə qayıdıblar

Oxşar xəbərlər