top
Rəşad Sadıqov Qəbələ oyunu və hakimlər haqqında danışdı Sport24.az
22 noyabr 2025, 21:29
- ↺ +

Rəşad Sadıqov "Qəbələ" oyunu və hakimlər haqqında danışdı

"Dinamik və sürətli oyun getdi. Rəqibimizin geridə qalan 12 turda göstərdiyi oyun təqdiralayiqdir. Səhv etmirəmsə, "Qəbələ" çempionatımızda ən çox qol epizoduna girən komandalardan biridir. Topla oynamağı sevirlər. Biz bu gün öz futbolumuzu oynamağa çalışdıq. Birinci hissədə oyunumuz daha yaxşı alınırdı, qol da vurduq. Rəqibə qol imkanı vermədik. Bilirik ki, oturuşmuş kombinassiyaları var. Onun qarşısını dəf edirdik. Amma 70-ci dəqiqədən sonra bu tip əzmkar və oturuşmuş oyunu olan komandaya qarşı ikinci qolu vurmursansa, sonluq ağır keçəcək. Bu gün də elə oldu. Sonlarda çoxsaylı cərimə zərbələri verdik. Ən çox təhlükəli epizodlar standart vəziyyətdən sonra olurdu. Oyun planında rəqibin qarşısını alırdıq. Futbolçularımı təbrik edirəm. Bu oyun bir daha onu göstərdi ki, çempionatımız hansı səviyyədədir və bu mövsüm bizi necə oyunlar gözləyir. Rəqiblər inamlı mübarizə aparır. Heç kim asanlıqla təslim olmur. Bütün matçlar əzmkar oyun şəraitində keçir. Hesabın necə olacağını son dəqiqələrə qədər proqnoz vermək olmur. Bu rəqabətə tab gətirməyə çalışacağıq. "Kəpəz"lə oyunumuz olacaq. O matça köklənəcəyik".

 

Sport24.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 12-ci turunun "Qəbələ" ilə oyunundan sonra keçirilmiş mətbuat konfransında deyib.

 

O, jurnalistlərin suallarını da cavablandırıb.

 

- Birinci hissədə 2 penalti təyin edildi, onların heç birini də baş hakimlər görmədi. Yalnız VAR-ın müdaxiləsindən sonra penaltilər verildi. VAR olmasaydı, necə olacaqdı?

- Bilirsiz, VAR olanda baş hakim də daha rahat qərar qəbul edir. Bilir ki, onu sığortalayan var. Bəlkə də VAR olmasaydı,  özü qərar qəbul edərdi. Hər iki penalti çətin epizodlar idi. Onu görmək şansı yox idi. Xırda foullar çox oldu. Elvin bəy gənc hakimimizdir, Premyer Liqada yeni-yeni təcrübə toplayır. Biz də oyunboyu çalışdıq ki, dəstək olaq, çox təzyiq göstərməyək. Oyunun nəticəsinə təsir edən səhvə yol vermədi.

 

- "Qəbələ"nin istifadə edə bilmədiyi penalti oyunun qırılma nöqtəsi idi?

- Oyunun gedişatı onu göstərdi ki, bəlkə də qırılma nöqtəsi idi. Amma qol buraxsaydıq, ikinci hissədə fərqli oyun gedəcəkdi meydançada. Qol oyunu və gedişatı dəyişir. Biz qol vurduq, 2-ci hissədə nəticəyə görə narahat idik. Biz qol buraxsaydıq, daha böyük qüvvə ilə irəli gedəcəkdik. 30-cu dəqiqədə qaçan penaltiyə heç vaxt oyunun qırılma nöqtəsi deyə bilmirəm. Son dəqiqələrdə olsaydı, təbii ki, qırılma nöqtəsi olardı. "Qəbələ" həqiqətən də, Kaxaber Sxadadzenin yaratdığı komandanı, oynatdığı futbolu heyranlıqla izləyirəm.

 

- "Kəpəz"lə qarşılaşacaqsız, daha sonra ölkə kubokunda rəqibiniz "Neftçi"dir. Bunu nəzərə alıb, "Kəpəz"lə oyunda heyətdə rotasiya etmək fikriniz var?

- Xeyr, bizi ilk növbədə "Kəpəz"lə oyun maraqlandırır. Bizi Yevlaxda qəbul edəcəklər. Açığı, bu mövsüm məyusedici məqamlar çoxdur. Çox istəyərdim ki, fərqli olsun. Bilmirəm zəruriyyətdən, ya məcburiyyətdən irəli gəlir. "Turan Tovuz" bir çox rəqabət apardığımız komandalarla Bakıda oynayıb. Bizi 2 dəfə Tovuzda qəbul edəcək. "İmişli" bəzi komandalarla Şamaxıda oynadı, bizi Qubada qəbul etdi. "Kəpəz" Qəbələdə oynadı, fərqli ab-havada, azarkeşlərindən uzaq yerdə. İndi isə Yevlaxda oynayacaqlar. Dünən özümüz də gördük ki, "Kəpəz" orada istəkli idi, necə aqressiv oynayırdı. Burada söhbət sırf "Kəpəz", "İmişli" və "Turan Tovuz"dan getmir. Sadəcə olaraq, deyirəm ki, qaydalar qoyub və elə riayət edək ki, qaydalar pozulmasın. Çünki bu, aşkar şəkildə rəqabətə təsir edir. Bir şey demirəm. Hansısa komanda zərurətdən stadionunu dəyişibsə, bütün rəqiblərini orada qəbul etsin. Üçüncü dövrədə isə dəyişərlər. Elə daha ədalətli olardı. Çox komanda "Kəpəz"lə Qəbələdə oynadı. Biz Yevlaxda oynamalıyıq. Gördük ki, "Kəpəz" Yevlaxda tam fərqlidir.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Lisandro Martines Manchester United ilə müqaviləsini uzatmayacaq

Futbol
Bu gün, 09:20

Belçika futbolçusu Nainqolan iki il həbsə cəlb edildi

Futbol
Bu gün, 09:08

Barselona, icarədəki Ronald Araújonun qış transferini Liverpoola satmaq istəyir

Qarabağ FK
Bu gün, 09:00

"Qəbələdə 'Qarabağ' ilə üz-üzə: Ağdam zirvəyə qalxa bilər"

Futbol
Bu gün, 08:40

Fənərbaxça, Olimpiakosun keçmiş baş məşqçisi Jose Luis Mendilibara yüksək maaşlı təklif göndərib

Futbol
Bu gün, 08:20

Araz‑Naxçıvan “Zirə”ni qəbul edir

Basketbol
Bu gün, 08:09

Stefen Karri NBA-nın ilk dörd oyununda 100% cərimə atışları ilə rekord qırdı

Futbol
Bu gün, 08:00

FIFA 2027-ci ildə Braziliyada keçiriləcək qadınlar dünya çempionatının mükafat fondunu iki dəfə artıracaq

Futbol
Bu gün, 07:03

Unai Simon: “Biz futbolun düşmənləriyik” – dünyanın ən yaxşı qapıçısı

Futbol
Bu gün, 06:15

Portuqaliya millisinin yarımmüdafiəçisi Konseysau hakimi təhqir etdiyi üçün üç oyunluq diskvalifikasiya aldı

Digər
Bu gün, 05:11

İslam Mahaçev UFC-də son döyüşlərindən birini planlayır

Futbol
Bu gün, 04:08

Luis Enrike PSJ-dəki 127-ci qalibiyyəti barədə danışdı: “Bu, bəxtim gətirir”

Futbol
Bu gün, 03:37

Eto Real Madridə ilk gəlişində Barajas hava limanında kimsə tərəfindən qarşılanmadığını açıqladı

Futbol
Bu gün, 02:30

“Chelsea”nin keçmiş sahibi Roman Abramoviç Baku International Art Festivaldə ukraynalı model ilə göründü

Futbol
Bu gün, 01:58

Vilyarreal Ev Sahasında Espanyol'a 0-1 məğlubiyyət aldı

Futbol
Bu gün, 01:46

Elversberg ev sahəsində Mayntsı 4-1 məğlub etdi

Futbol
Bu gün, 01:40

Luis Enrike PSJ tarixində ən çox qələbə qazanan məşqçi rekordunu yenilədi

Futbol
Bu gün, 01:07

Osimhen atalıq etdi, ertəsi gün Qalatasaray formasında qol vurdu

Futbol
Bu gün, 00:56

‘Eqnatiya’ komandası Albaniya Superliqasında liderliyə qalxdı

Futbol
Bu gün, 00:49

Qızıl top: Keyn 28 xal fərq ilə Mbappeni öndə götürdü

Cüdo
Bu gün, 00:37

Hidayət Heydərov: Birləşmiş Ərəb Əmirliklərində 'Böyük Dəbilqə' turnirində bürünc medal qazanıb

Futbol
Bu gün, 00:23

"Milan" Adrien Rabio və Alfaco Sisse üçün maaşlarını artırmağa hazırlaşır

Futbol
Bu gün, 00:04

PSJ liderliyini qorudu, “Nitsa” 5-2 ilə Renn’i məğlub etdi

Futbol
Dünən, 23:54

Turan Tovuz 3-2 ilə Sabahı məğlub etdi - Video

Oxşar xəbərlər