top
Rəşad Sadıqov: Mənim fikrimcə, penalti zərbələrinin məşqi olmur Sport24.az
06 aprel 2025, 21:55
- ↺ +

Rəşad Sadıqov: "Mənim fikrimcə, penalti zərbələrinin məşqi olmur"

Misli Premyer Liqasının XXIX turunda keçirilən "Qarabağ" – "Zirə" (1:0) matçından sonra qonaq komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bölüşdü:

 

– Rəqibi təbrik edirəm. Ağır oyun oldu. "Qarabağ"la heç bir oyun asan keçmir. Amma futbolçularım əla mübarizə apardılar. Oyun rəqibin üstünlüyü ilə keçirdi. Biz daha çox mərkəzdə etibarlı olub, əks-hücumlara bel bağlayırdıq. Artıq 5-ci oyunda "Qarabağ" duran topdan 9-cu qolu vurur. Hələ də bunu həll edə bilmirik. Bu gün məğlubiyyət hissi ilə ayrılmıram burdan.

 

– Penaltini qaçıran oyunuçunu bağışlamaq olar?

– Niyə olmur ki? Özüm də qaçırmışam, ulduz futbolçular da qaçırıb. Təkcə penalti yox, başqa fürsətlərimiz də oldu. Sadəcə dəyərləndirə bilmədik.

 

– Ötən mövsüm də avrokuboklarda da göründü ki, penalti sarıdan əziyyət çəkirsiz. Bunun həlli yolu yoxdur?

– Mənə görə penaltinin məşqi yoxdur. Məsələn, mən məşqlərdə vururdum. Amma oyunda həyəcanlı olurdum. Qismət komandada çox kritik penaltilər yerinə yetirib. Bunun üzərində dayanmaq istəmirəm.

 

-Yusuf Lavalla son transferinizi bu mövsüm görəcəyik?

– Son transferimiz 2 ay məşqlərdən kənarda qalmışdı. Bu, daha çox gələcəyə yönəlik transfer idi. Lavalın isə müalicəsi gedir. Hazırda bərpa prosesi keçirir.

 

– Bu gün "Zirə"nin ən yaxşı halını görürük. Bu stabilliyi sona qədər görə biləcəyik?

– Çempionatda qələbə qazanmaq çətindir. Stabil olduğumuzu deyə bilmərəm. 7 oyuna 1 qələbəmiz olub. Gələcəklə bağlı danışmaq çətindir.

 

– Avrokuboklar üçün bu heyət yetərlidir?

– Bir şey bitməmiş bu haqda danışmaq doğru olmaz. Qarşıda ağır səfərlər var. Heç ağlımdan da keçmir. Bütün fikrimizi oyunlara vermişik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Futbol
Bu gün, 15:58

FIFA U-15 dünya çempionatında Azərbaycanlı hakimlərə yüksək qiymətləndirmə verildi

Futbol
Bu gün, 15:50

Bruno Fernandeş: "Roma" üzərindəki qələbədən sonra Maykl Karrikin postunu xilas etmək məcburiyyətində deyildik

Digər
Bu gün, 15:35

Aysel Əhmədli Sofiyada WSF Şotokan karate Avropa çempionatının K10 kateqoriyasında qızıl medal qazandı

Futbol
Bu gün, 15:28

Yamal 20 yaşından əvvəl Çempionlar Liqasında ən çox qol vuran futbolçu oldu

Qarabağ FK
Bu gün, 15:22

Nazim Süleymanov: Sabahın Çempionlar Liqası çıxışını dəyərləndirir və gələcək perspektivlərini paylaşır

Futbol
Bu gün, 15:11

Toral Bayramov: "Sabah" komandasının Norveçin "Viking"ini məğlub edəcəyinə inanıram;

Güləş
Bu gün, 14:52

Dünya Güləş Birliyi 2027-ci ildən başlayaraq qazandığı hər görüşə görə xal verən yeni reytinq sistemini tətbiq edir

Futbol
Bu gün, 14:47

İmişli U-19 komandası 6 legioner futbolçu ilə gücləndirildi;

Futbol
Bu gün, 14:40

Kivu: "İnter"in "Feyenoord"a qarşı qələbəsi uğurlu oldu, növbəti matçlara köklənirik

Futbol
Bu gün, 14:37

Feйenoord azarkeşləri İnter qarşısında fişəng ataraq stadionun damına ziyan yetirib

Futbol
Bu gün, 14:29

Rəhim Həsənov: Kəpəz-İmişli matçında baş hakimin səhv qərarı

Futbol
Bu gün, 14:16

Elmar Baxşıyev: "Sabah" komandası Norveçdə "Viking"lə qarşılaşmada maneələri dəf etsə, uğurlu nəticə əldə edə bilər

Futbol
Bu gün, 14:07

Arsenal zədələrin azaldılması üçün NASA, Google və Apple ilə əməkdaşlıq edir

Futbol
Bu gün, 14:00

Elnur Cəfərov: "Şəfa"nın "Sumqayıt"a 1:1 hesablı matçını və mübahisəli penalti epizodunu dəyərləndirdi

Oxşar xəbərlər