"Zirə" UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində Xorvatiyanın "Hayduk" klubu ilə qarşılaşacaq. Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov püşkü dəyərləndirib:
"Püşk bizə "Hayduk" komandasını rəqib elədi. Düşünürəm azarkeşləri iki gərgin va maraqlı oyun gözləyir. İndi bizim üçün vacib olan oyunlara yaxşı hazırlaşmaqdır. İnşallah, inanıram ki, mərhələni keçən tərəf biz olacağıq".