top
Rəşad Sadıqov: Ən uğurlu Zirə məhz budur - MÜSAHİBƏ Idman.biz
10 may 2025, 20:35
- +

Rəşad Sadıqov: "Ən uğurlu "Zirə" məhz budur" - MÜSAHİBƏ

"Səbail"in Premyer Liqadan düşməsi ilə bağlı məyusluğumu bildirmək istəyirəm. Qış fasiləsindən sonra çox yaxşı, əzmkar "Səbail" var idi. Bir çox oyunda çoxlu fürsətləri qaçırdılar. Bu oyunda da, həmçinin. Düşünürəm ki, bu da Premyer Liqadan düşməklərinin əsas səbəblərindən oldu. Ümid edirəm ki, ruhdan düşməzlər. "Qəbələ" kimi böyük peşəkarlıq göstərib, Premyer Liqaya dönəcəklər. Neçə illərdir futbolumuza rəng qatırdılar. Futbolçularımı təbrik edirəm. Bugünkü oyuna köklənmək asan deyildi. Keçən tur əsas məqsədimizə nail olmuşduq. Amma futbolçularla danışığımız olub. Bu gün onlar danışıqları düzgün təhlil edib, peşəkarlıq göstərdilər. Əsas məqsəd avrokuboklara hazırlıqdır. Bizim üçün avrokubokların hazırlığının ilk hissəsi olacaq. Qapımızda təhlükəli epizodlar oldu. Top itkilərinə yol verdik. Futbolçular intizamlı idilər. Hər bir komanda bizim üçün doğmadır. Bizi qarşıda son 2 oyun gözləyir".

İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 34-cü turunun "Səbail"ləc(0:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.

- İndiyə qədər 70 xal yığmısız. Bu haqda nə deyə bilərsiz? Uğurlu nəticənin düsturunu tapmısız?

- Keçən il də uğurlu nəticə olmuşdu. Bizim üçün xal yox, nəticənin uğurlu olması vacibdir. Keçən illə müqayisədə bu mövsüm daha yaxşı idik, uğurlu nəticələr oldu. İstəyərdik ki, çox xalımız, qələbələrimiz olsun. Xalın nə qədər olması yox, uğurlu nəticə vacibdir.

- Bu mövsümkü "Zirə" əvvəlkindən fərqlənir. Daha rənganərəng oynayır. İllər ərzində inkişaf mərhələsini keçdiz ki, zirəvəyə çatdız, yoxsa bu mövsüm istədiyiniz komanda var idi əlinizin altında?

- Futbolda bəzi təhlillərlə razı deyiləm. Onu da tam ortaya çıxarmaq üçün saatlarla zaman lazımdır. Mətbuat konfransı kifayət etməyəcək. Bizdə 90 dəqiqə necə bitib, ona baxılır və şərhlər başlayır. Birinci ildə həmin məqam üçün, həmin heyət üçün, qısa zaman üçün əla nəticə idi, 4-cü olduq. Kimlərsə unudub, mən unutmamışam, hakim səhvləri çox idi. Kuboku qazana da bilərdik. "Sumqayıt"la qarşılaşacaqdıq. 5 ili ümumi təhlil etsəm, hər ilin özünə görə yeri olub. 5-ci yeri tutduğumuz il uğursuz olub. Bu il demək olar ki, çox nadir hallarda hakim səhvləri olurdu. Keçən il demişdim ki, düzələcək. İki dəfə finalda oynamışıq, hər ikisində də şansımız olub ki, qalib gələk. Hər dönəmin özünə görə uğurlu "Zirə"si olub. Səhvlərimiz də olub. Ümumi təhlil etsək, bir mövsümü uğursuz hesab etmək olar. Onda da 5-ci yeri tutmuşduq, 4-cü yerlə eyni xalda idik. Hər şeyi dərin təhlil etmək lazımdır. Bəzi futbolçuların adları qabardılır, o futbolçu, bu futbolçu. Yaxşı olardı ki, o fubtolçuların "Zirə"yə gəldiyi vaxtdakı durumu təhlil olunsun. Əslində bu şeylərin içində böyüyən biriyəm. Demək ki, ən uğurlu "Zirə" budur. Hər dönəmin öz "Zirə"si olub. Legioner limiti ləğv olunub, rəqiblərin hamısı bundan səmərəli istifadə edəcəklər. Bu sezon da uğursuz dönəm oldu, amma azarkeşlər yanımızda olub. Bu gün hər şey yaxşı alındı deyə, danışmaq rahatdır. Hər nəticəyə hazır olmalıyıq. Hər nəticə zamanı da duruşumuzu itirməməliyik.

- Yeni sezon da süni örtüklü meydançaları olan Premyer Liqa klubları olacaq. "Karvan" və "İmişli"nin süni örtüklü meydançada oynayacağı gözlənilir...

- Bu da aktual mövzudur. Çünki bəzi komandalarımız yaxşı, iddialı transferlər edirlər. Bizi sevindirir. Onların da yaxşı performans göstərməsi üçün şərtdir ki, meydanaça şəraiti yaxşı olsun. Tribuna, stadion bir-birini tamamlayır. Süni örtüklü meydanalar azalmalıdır. "Kəpəz"in meydançası var, "Turan Tovuz" təbii örtüyə keçə bilər. Süni örtüklü meydançaları futbolumuzdan yox etməliyik. İstər əsas komandalar, istər akademiyalar süni örtükdən çıxmalıdır. Futbolumuzun inkişafına mane olur. Usta futbolçular süni örtüklü meydançada ehtiyat edirlər. Təbii olaraq belədir. Bizim özümüzdə Yusuf Laval ustalığını bilirik, Portuqaliyadan gətirmişik. Əzələ əməliyyatı ilə qarşılaşdıq. "Turan Tovuz"da Denis Marandiçinin zədəsi. Növbəti dəfə qorxa-qorxa oynayırlar. Bunu birlikdə həll etməliyik. Hamısına vəsait lazımdır. AFFA bu yöndə işlər görür, istəyir ki, bütün komandalar təbii örtüklüdə çıxış etsin. İnanıram ki, yaxın illərdə süni örtükdən qurtulacağıq.

- "Qarabağ"dan sonra ən çox qol vuran komanda "Zirə"dir. Bu mövsüm özünüzü necə tənqid edərdiz?

- Həmişə təhlil edirik. Qələbə qazananda da axtarırıq ki, hansı dəqiqədə nəyi düzgün etmədik. Avrokuboklarda 2-3 uğurlu çıxışdan sonra komandada eniş yaşandı. Məni narahat edən o idi ki, eniş nə ilə bağlıdır. Komanda mübarizə aparırdı. Amma mental hazırlıqda eniş var idi. O mərhələni keçdik. Amma onu təhlil edirik. Əvvəlki illərdə qış fasləsindən sonra komandada eniş olurdu. Bu dəfə bəzi məqamlara diqqət yetirdik ki, eniş olmasın. Təhlillərin, məşqlərin sayını artırdıq. İkinci yeri tutmağımızda həlledici məqam 3-cü dövrəni uğurlu keçirməyimiz oldu. Uğurlu olursansa, rəqiblərə də təsir edir. 3-cü və 4-cü dövrədə bəzi matçlara uğursuz başlayırdıq.

- Tyaqo Silvanın durumu necədir? Aydın Bayramovun daha çox şans qazanması, onun psixoloji durumuna nə yöndə təsir edir?

- Tyaqonun psixoloji durumunda eniş var. Onunla təklikdə görüşlərimiz çox olub. Hər zaman demişik ki, "1 nömrəli" qapıçımız sənsən. Bu gün onu oynatmaq istəyirəm, amma yerli məsələsi var. Çox istəyərdik ki, növbəti matçlarda qapıda Tyaqo dayansın. O, bizim üçün dəyərlidir. Bəzən elə vəziyyətlər yaranır, istəmədən qərarlar verirsən. Amma Aydını da qazandıq. 30 uğurlu oyun keçirib. Biri var 7-8-ci yerlərdə olan komandadasan. Biri də var, 2-ci yeri tutan komandada qapıda dayanırsan. Növbəti mövsümdə sağlam rəqabət olacaq. Hər bir mövqedə rəqabət var. Hansısa oyunçuda eniş varsa, dərhal həmlə edirik. Bizim üçün komandada əvəzolunmaz futbolçu yoxdur. Futbolçularımız qəbul edir, anlayır. Ən yaxşısını edirlər. Ola bilər ki, bu gün formada deyilsən, yerinə başqa oyunçu oynayacaq.

- Çempionlar Liqasıın yarımfinal matçlarından sonra bu deyim zarafat çevrilib ki, finalda gürcü, rus, erməni, iranlı oynayır, amma biz yoxuq. Bizim ömrümüz yetəcək ki, nə vaxtsa bir azərbaycanlını finalda görək?

- Yetəcək. Amma işlər qaydasında getsə. Bu gün onların finalda olub, bizim olmamağımız buraxdığımız müəyyən səhvlərin nəticəsidir. O yaş dönəmində vaxt olub ki, hamı ilə başabaş mübarizə aparmışıq. Onlar ÇL-in finalında oynayır, biz Azərbaycandan kənara çıxa bilmirik. Kim deyirsə ki, futbolçu yoxdur bizdə, Azərbaycan futbolunun düşmənidir. Bizdə hər zaman futbolçu olub. Yetişdirib, onları inkişaf etdirmək lazımdır. Biz qollarımızı çırmalasaq, hamı öz işi ilə düzgün məşğul olsa, illər sonra bizim futbolçularımız da Avropada çıxış edəcək. Aşağı yaş qruplarından başlamalıyıq, düzgün işlər görməliyik. Xəyal Əliyev ("Sabah") çıxdı da Azərbaycan futbolundan. İstedadlı oyunçularımız Gürcüstan və Ermənsitandakından daha çoxdur.

- Düzgün inkişaf nədir?

- Uzun məsələdir. Aşağı yaş qruplarından başlamalıyıq. Məşqçilər, uşaqlar, məşqçilərə yaradılacaq şərait. Cürbəcür yolları var inkişafın. AFFA rəhbərliyi o yöndə işlər görür. Yaxın günlərdə o işlərin icrası başlayacaq. 6-7 il sonra bəhrəsini görəcəyik. Heyif bizim istedadlı oyunçularımızdan. Son 10 ildə 50 istedadlı oyunçu olub, Avropada oynamağa layiq idilər. Amma bəzi işlər doğru görülmədiş

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Şahmat
Bu gün, 01:32

Azərbaycanın 8 şahmatçısı FİDE-nin iyul reytinqində "Top-100"-də yer alıb

Futbol
Bu gün, 01:31

"İnter" "Fluminense"yə 2:0 hesabı ilə məğlub oldu

Futbol
Bu gün, 01:05

"Fluminense" "İnter" üzərində qələbə qazanaraq Klublararası Dünya Çempionatının 1/4 finalına yüksəlib

Futbol
Bu gün, 00:42

"Zirə"nin rəqibi "Hayduk" yoxlama oyununda MOİK-ə qalib gəldi

Futbol
Bu gün, 00:29

"Ayaks" klubu loqosunu dəyişdi

Futbol
Bu gün, 00:07

Libertadoras Kubokunun qalibi baş məşqçisini istefaya göndərdi

Futbol
Dünən, 23:59

"Bavariya" Erik Dayerlə yollarını ayırdı

Futbol
Dünən, 23:44

Rəşad Sadıqov "Qarabağ"la oyundan sonra: Oyunçularımız gözlədiyimizdən yaxşı çıxış etdi

Futbol
Dünən, 23:42

"Atletiko" Aksel Vitsellə müqaviləni uzatmayıb

Futbol
Dünən, 23:29

Aaron Remzi karyerasını Meksikanın "Unam Pumas" klubunda davam etdirəcək

Güləş
Dünən, 23:11

3 Azərbaycanlı güləşçi U-20 Avropa Çempionatının finalında

Futbol
Dünən, 22:55

"Milan" Qranit Caka transferindən imtina edib

Cüdo
Dünən, 22:54

Cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında uğur qazanmış Azərbaycan yığması Vətənə qayıdıb

Minifutbol
Dünən, 22:43

"Heydər Əliyev Kuboku" futzal turnirinin qalibi Ədliyyə Nazirliyi oldu

Futbol
Dünən, 22:32

Messi "İnter Mayami"ni tərk edərək, daha rəqabətli komandaya keçə bilər

Futbol
Dünən, 22:25

Qurban Qurbanov: Futbolçuların hazırlıq durumu hələ qaydasında deyil, transfer danışıqları gedir

Güləş
Dünən, 22:03

Azərbaycanın üç yunan-Roma güləşçisi U-20 Avropa çempionatının finalına yüksəlib

Futbol
Dünən, 22:00

Rafael Utziq "Zirə" tərəfindən hazırlıqlarda iştirak etmədiyi üçün cərimələnəcək

Futbol
Dünən, 21:35

Aksel Vitsel "Atletiko Madrid"dən ayrılıb

Güləş
Dünən, 21:34

U-20 Avropa çempionatı: Yunan-Roma güləşçilərimizdən 3-ü finalda

Futbol
Dünən, 21:26

Con Duranın nümayəndəsi "Fənərbaxça" ilə danışıqlar üçün İstanbula gəldi

Futbol
Dünən, 21:23

"Qarabağ" Çempionlar Liqası üçün rəqib oyununu izləmək üçün İrlandiyaya məşqçi göndərəcək

Digər
Dünən, 21:09

Azərbaycan parataekvondo millisi Ankaradakı təlim-məşq toplanışını başa vurub

Futbol
Dünən, 20:51

Rəşad Sadıqov: Yoxlama Oyunlarında Nəticə Önəmli Deyil, Səhvləri Görmək Əsasdır

Oxşar xəbərlər