top
Rəşad Sadıqov: Ehtiyat qüvvə baxımından 'Hayduk' daha güclüdür Idman.biz
29 iyul 2025, 17:55
- ↺ +

Rəşad Sadıqov: "Ehtiyat qüvvə baxımından 'Hayduk' daha güclüdür"

"Hər bir komandanın güclü və zəif tərəfləri var. Necə ki, onların, eləcə də bizim. Lakin təəccübləndirən tərəflərdən biri odur ki, "Hayduk"un ispaniyalı baş məşqçisi komandanın oyun fəlsəfəsini tamamilə dəyişib. Futbolçular daha intizamlı, daha istəklidirlər. Bunu ilk oyundan hiss etmək olurdu. Hər iki komanda mərhələni keçmək istəyir. Düşünürəm ki, bizi maraqlı oyun gözləyir".

İdman.biz xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Hayduk"la matçı üçün Xorvatiyaya yollanmazdan əvvəl əvvəl "CBC Sport"a açıqlamasında deyib.

43 yaşlı mütəxəssis ehtiyat qüvvə baxımından "Hayduk"un "Zirə"dən daha üstün olduğunu vurğulayıb: "Hazırda komandaların heç biri fiziki cəhətdən ideal formada ola bilməz. Mövsümün ikinci oyununa çıxırıq. Bakıdakı görüşün ikinci hissəsində də gördük ki, dinamika düşmüşdü. Bu da mövsümün əvvəlinin olması, eləcə də hava şəraiti ilə bağlıdır. Belə məqamda artıq ehtiyat qüvvə işə düşür. O baxımdan da rəqibin üstünlüyü var. İştirak ərizələri daha genişdir, üstəlik, 4-5 yetirmələri əsas heyətdə oynayır. Həmçinin zədəlilərimiz də var. Bir sözlə, ehtiyat qüvvə rəqibdə daha güclü görünür. Lakin əlimizdə olan imkanlarla ən yaxşısını etməyə çalışacağıq".

Bakıdakı ilk görüşdən (1:1) də söz açan Sadıqov "Hayduk"dan geri qalmadıqlarını söyləyib: "Ötən mövsümdəki uğurlu çıxışımız futbolçularda özünəinamı daha da artırıb. Bakıdakı matçın ilk hissəsində də bunu gördük. Demək olar ki, rəqibə meydan boyu başını qaldırmağa imkan vermirdik. Lakin fasilədən sonra fərqli oyun getdi. Deməzdim rəqib daha yaxşı oynadı, sadəcə hər iki komandanın pressinqi aşağı düşdü. Son 10-15 dəqiqədə üstünlüyü ələ aldıq. Qola yaxın olan tərəf biz idik. Bir-birinə qarşı iki layiqli rəqib mübarizə aparır. İlk matç göstərdi ki, hər iki komanda digərini yaxşı analiz edib".

Qeyd edək ki, iyulun 31-də keçiriləcək "Hayduk" - "Zirə" görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:06

FİFA U-15 Dünya Çempionatına ev sahipliyi edən Hövsan Yarış Kompleksi hazırdır

Futbol
Bu gün, 13:00

Zirə Sumqayıtı 22 oyunda məğlub edə bilmədi

Futbol
Bu gün, 12:59

Tacikistanlı futbolçu Hüseynconi Bobocan: “Bakıda dünya çempionatı üçün hazırlanan meydançalar gözəldir”

Futbol
Bu gün, 12:50

Sumqayıtın kapitanı İsa Sülumbra U-15 komandasının məşqində iştirak edib

Qarabağ FK
Bu gün, 12:45

“Qarabağ”ın sabiq futbolçusu 6 milyonluq dələduzluğun qurbanı olub

Digər
Bu gün, 12:40

ABL: IV turun ilk mtçında "Sabah" NTD-yə qarşı

Qarabağ FK
Bu gün, 12:35

Şahin Diniyev: "Sabah"ı indiki formasına görə "Qarabağ"dan bir pillə öndə görürəm"

Digər
Bu gün, 12:29

Arda Gülər kamera qarşısına keçdi – 4,5 milyon qazandı

Digər
Bu gün, 12:23

“Barselona”nın əfsanəsi Azərbaycandakı dünya çempionatından danışdı

Futbol
Bu gün, 12:20

FİFA prezidenti Canni İnfantino Asiyada futbolun inkişafına görə minnətdarlığını bildirib

Futbol
Bu gün, 12:14

Türkmənistan U-15 futbol millisinin baş məşqçisi: “Bakıdakı dünya çempionatında dəyərli təcrübə qazanacağıq”

Futbol
Bu gün, 12:00

Qəbələ “Filipe Santosu” geri gətirməyi düşünür

Güləş
Bu gün, 11:59

Ermənistan mətbuatı: Sənan Süleymanov, Amoyana ciddi rəqibdir

Futbol
Bu gün, 11:40

The Athletic sorğusunda Harri Keyn "Qızıl top"a əsas namizəd

Qarabağ FK
Bu gün, 11:29

Ukrayna mətbuatı “Qarabağ”da parlaq çıxış edən Aleksey Kaşuku milli komandaya çağırmağa çağırır

Digər
Bu gün, 11:17

UFC 333: Asəf Çopurov rəsmi çəkiölçməni uğurla keçdi, debütə hazırdır - VİDEO

Futbol
Bu gün, 11:08

Milanda Ruben Amorim kritiklərə məruz qalıb: Kamarda niyə əvəz edilməyəndirsə

Futbol
Bu gün, 11:00

I Liqanın bombardiri Dilyen Açıti: "Qolların sayını bu, Allahla mənim aramdakı sirrdə saxlayacağam"

Digər
Bu gün, 10:53

Quba Olimpiya İdman Kompleksinin direktoru Rəşid Orucov yarım milyon manat mənimsəməkdən həbs edildi

Futbol
Bu gün, 10:48

Barış Alper Yılmaz 'Fənərbağça' ilə qarşılaşmanı buraxa bilər

Futbol
Bu gün, 10:20

Serbiya Futbol Assosiasiyası azarkeş davranışı üçün cərimələndi

Voleybol
Bu gün, 10:02

Azərbaycanın U-20 qadın voleybol millisi Polşa ilə qarşılaşacaq;

Futbol
Bu gün, 10:00

Slovan Bratislava ‘Sabah’ın futbolçusuna təklif göndərə bilər

Futbol
Bu gün, 09:53

Azərbaycan UEFA reytinqində 24-cü pillədə qalaraq mövqeyini saxladı

Oxşar xəbərlər