top
Rəşad Sadıqov: Bizə yaraşan məğlubiyyət olmadı, bu il ən zəif oyunlarımızdan birini keçirdik Idman.biz
19 oktyabr 2025, 19:28
- ↺ +

Rəşad Sadıqov: "Bizə yaraşan məğlubiyyət olmadı, bu il ən zəif oyunlarımızdan birini keçirdik"

"Oyunu dəyərləndirmək çətindir. 0:3 hesabı ilə uduzmuşuq. "Hayduk"a qarşı Xorvatiyadakı əlavə vaxtda vurulan qolu saymasaq, altı ay idi ki, uduzmurduq".

İdman.biz xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 8-ci turunun(3:0) "Sabah"la matçından sonra keçirilmiş mətbuat konfransında deyib.

Mütəxəssis əlavə edib ki, son dəfə 29-cu turda "Qarabağ"a uduzublar: "Nə vaxtsa, uduzacağımız aydın idi. Amma bu şəkildə məğlub olmağımızı istəməzdim. Çünki bizə yaraşan şəkildə məğlubiyyət olmadı. Oyunun qırılma nöqtəsi birinci hissənin son dəqiqələri idi. 3-4 dəqiqəyə iki qol buraxdıq. Səfərdə "Sabah" kimi komandaya qarşı bunu dəyişmək çətin olur. Cəhd etdik. İkinci hissədə daha yaxşı oyun keçirdik. Amma yenə də, texniki səhvdən sonra rəqib bizi əks-hücumda cəzalandırdı. Qələbə qazananda necə tez unudaraq növbəti görüşə fokuslanırdıqsa, indi də eyni reaksiyanı verməliyik. Artıq bu oyun geridə qaldı, səhvlərimizi təhlil edib, nəticə çıxararaq növbəti oyuna hazırlaşacağıq".

Sonra o, jurnalistlərin suallarını da cavablandırıb.

- Razısız ki, son vaxtlarda bu qədər zəif oynamamışdınız...

- Tamamilə doğrudur. Bu il ən zəif oyunlarımızdan birini keçirdik. Bəhanə kimi olmasın, 6-7 aparıcı oyunçunun olmamasını bizim kimi komandalar üçün çox çətindir. 1-2 futbolçunu ola bilər. Amma əsas heyətin 6-7 oyunçusunu itirdikdən sonra yerini doldurmaq çətindir. Oyun ritmində olmayan 5-6 futbolçu meydana çıxanda, boşluğu doldurmaq çox çətindir. Çalışdıq. Bizim üçün son gözlənilməz itki İsmayıl İbrahimli və Ceyhun Nuriyev idi. Çalışırdıq ki, onlara qədər olan itkiləri həll edək, boşluqları dolduraq. Əlavə o iki itki də oldu. Oyunun gedişində də hiss edilirdi.

- Milli komandamızın Ukrayna ilə matçında Şahruddin Məhəmmədəliyev cəzalı duruma düşdü. Qarşıdakı oyunlarda Aydın Bayramova şans verib, onun milli yolunu açmağı düşünürsünüz?

- Belə planımız var. Amma son qərarı oyuna yaxın, həftəiçi məşqlərdən sonra verəcəyik.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:00

İtalyaın "Milan" klubunun gənc hücumçusu Franchesko Kamarda üçün "Montsa" və "Piza" klubboarı təklif göndərib

Minifutbol
Bu gün, 19:00

Lənkəranda Çexiya yığmasını qəbul edən futzal millimizin məşqçisi: "Tribunadan böyük dəstək alacağımızdan ümidlili"

Futbol
Bu gün, 18:53

"Lion" klubunun baş məşqçisi Paulo Fonseka ilə yollarını ayırdı

Futbol
Bu gün, 18:52

Xarici ekspertlər “Sabah” və “Vikinq” arasındakı çempionlar liqası mübarizəsi üçün proqnozlar veriblər

Futbol
Bu gün, 18:37

Cey-Cey Qabriel “Real Madrid”ə keçidə yaxındır: Gənc hücumçu “Mançester Yunayted”in bütün səylərinə baxmayaraq, La Liqa klubunu seçdi

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Oxşar xəbərlər