top
Rəşad Sadıqov: “Biz Allaşı istəyirdik, imkanımız çatmadı onu alaq“ Sport24.az
18 iyul 2024, 23:25
- ↺ +

Rəşad Sadıqov: “Biz Allaşı istəyirdik, imkanımız çatmadı onu alaq“

"Zirə" Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Şerif"ə məğlub olaraq turnirdə mübarizəni dayandırıb.

Sport24.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyunu şərh etmək çox çətindir. Matçı iki hissəyə bölməliyik. Qırmızı vərəqəyə qədər olan hissə və ondan sonra. Qırmızı vərəqəyə qədər hər şey istədiyimiz kimi keçirdi. Qapımızda təhlükəli hücum imkanı vermirdik. Hesabda da irəlidə idik. Rəqib daha böyük qüvvə ilə irəli atılırdı. Bu dəqiqələrdə daha təmkinli oynayıb, əks-hücumda hesabı artırmaq istəyirdik. Təəssüf lər olsun ki, heç nədən qırmızı vərəqə aldıq. İlk yarının sonlarında rəqibin üzərimizdə böyük üstünlüyü yarandı. İlk hissədən sonra müəyyən dəyişikliyə getdik. Uşaqlar yaxşı, əzmkar mübarizə apardılar. Təhlükəli də olurduq. Məyusedici məqam odur ki, rəqibə epizod vermədən qol buraxdıq. İkisi də ən çox çəkindiyim ikinci mərtəbədən oldu. Oyun epizodundan isə qol imkanı vermədik. Məyusuq. Amma məğlubiyyət bizim böyüməyimizə səbəb olacaq. Düşdüyümüz vəziyyəti düzgün təhlil etsək, təbii ki. Uşaqlarla qürur duydum. 10 nəfərlə mübarizə aparmaq çox çətin idi. Qol epizodu vermirdik. Olmadı. Məğlubiyyəti unudub, qarşıdakı oyuna hazırlaşmalıyıq.

- Əvəzetmələri necə izah edə bilərsiz? Bəlkə, Junioru buraxardız, Hacıağa ehtiyatda qalardı?

- Dayaq yarımmüdafiəçimiz Hacıağa idi. İlk dəqiqələrdən Zebli və Hacıağa ilə başlamağa qərar verdik. Bəzi rotasiyalar etmişdik. Hər şey qaydasında gedirdi. Sadəcə qırmızıdan sonra qopdu. Rəqibin oyun fəlsəfəsi asmalar, uzun ötürmələr idi. Ona görə də, 5-3-1 sisteminə keçdik ki, hesabı qoruyaq, əks-hücumda rəqibi tutaq. Əslində, oyunu penaltilərə qədər daşıdıq. Qalib gəlsəydik, dəyişiklərin effektiv olduğundan danışırdıq.

- Rüstəm Əhmədzadədən gözlədiyinizi ala bildiz?

- İşi çətin idi. Öndə tək forvard idi. Rəqib böyük qüvvə ilə hücum edirdi. Təbii ki, daha çoxunu gözləyirdim. Hər mübarizədə də hakim əks istiqamətə foul verirdi, imkan vermirdi ki, Rüstəm mübarizə aparsın.

- Hakim ikinci yarıda birtərəfli foullar verdi...

- Danışacam, deyəcəklər hakimlikdən danışır. Hamı hiss edirdi ki, hakimin rəqibə simpatiyası var idi.

- Müdafiəyəmeyilli oynadıqdan sonra iki qol buraxdız.. Bu, nə ilə bağlı idi?

- Narahat olduğumuz məqamlardan qol buraxdıq. İlk qol ani diqqətsizlikdən oldu. Qismətdir. Biz Allaşı istəyirdik, imkanımız çatmadı onu alaq. Amma bir qol, bir assist etdi, sonda da penaltini vurdu.

- Sumanı cəzalandırmağı düşünürsüz?

- Təbii olaraq. Epizoda baxmamışam. Günahı varsa, böyük cəza alacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 17:41

“Qarabağ” qış fasiləsində iki transfer etməyi planlaşdırır

Digər
Bu gün, 17:36

İoannis Diamantakos: “Əsas hədəfimiz təcrübə toplamaqdır”

Digər
Bu gün, 17:30

“Bu Avropa çempionatının Azərbaycanda keçirilməsi qürurvericidir” - Namiq Novruzovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Futbol
Bu gün, 17:26

Sabiq baş məşqçi Ədəhim Niftəliyev “Mingəçevir”in maliyyə böhranına baxmayaraq fəaliyyətini davam etdirəcəyinə inandığını bildirib

Futbol
Bu gün, 17:23

Azərbaycan İkinci Liqasının 11-ci tur təqvimine baxış

Futbol
Bu gün, 17:20

Fənərbaxça Lukas Hoqsberq transferinə maraq göstərir

Futbol
Bu gün, 17:19

Zambiya yığmasının Bakıdakı U-15 dünya çempionatından sonra mükafat pulu uğrunda Federasiyaya ittihamları

Futbol
Bu gün, 17:12

Elmar Baxşıyev: Milli takımın Lixtenşteynlə qarşılaşmasına dair fikirləri

Basketbol
Bu gün, 17:07

Çerри Блейкс: «Трабзонспор» яға қаләбә єлә təсдіқ etdiyimizi sübuta vetirdik

Futbol
Bu gün, 17:00

Aleks de Souza "Fortaleza"nın baş məşqçisi ola bilər

Cüdo
Bu gün, 16:49

Bakıda eşitmə məhdudiyyətli cüdoçular arasında Avropa çempionatı start alıb

Boks
Bu gün, 16:46

Azərbaycan boksçusu Gülər Hüseynova Dakar-2026 IV Gənclər Yay Olimpiya Oyunlarının finalına yüksəldi

Futbol
Bu gün, 16:40

Aslan Kərimov: D kateqoriyalı məşqçilər kursunda təcrübə bölüşməsi

Futbol
Bu gün, 16:38

Romelu Lukaku yaralanma səbəbindən Türkiyə ilə oynanacaq UEFA Liqası matçında iştirak etməyəcək

Digər
Bu gün, 16:38

Anar Bayramov: Azərbaycan deflimpiyaçıları beynəlxalq yarışlarda yüksək nəticələr əldə edirlər

Futbol
Bu gün, 16:33

PSJ Borussia qapıçısı Qregor Kobeli transfer etmək istəyir

Cüdo
Bu gün, 16:12

Fərid Qayıbov eşitmə məhdudiyyətli cüdoçuların Avropa çempionatının açılışında çıxış etdi

Futbol
Bu gün, 16:00

Cahangir Həsənzadə: “Lixtenşteynlə 3 xal qazanmaq üçün hazırıq”

Digər
Bu gün, 15:59

Hokkeyçi Ceykob Çikranın sərt zərbəsi nəticəsində Kazins buz meydançasından çıxıla bilmədi

Futbol
Bu gün, 15:57

Azərbaycan U-19 millisi Monteneqroya qarşı 7:2 məğlubiyyət yaşadı

Gimnastika
Bu gün, 15:53

Gəncə Olimpiya İdman Kompleksində bədii gimnastika Açıq region birinciliyi 20‑21 Noyabrda keçiriləcək

Futbol
Bu gün, 15:32

Mbappe məşqə qatıla bilmədi, Zidanla münasibətləri gərgin

Futbol
Bu gün, 15:30

Aral Şimşir zədələnmə səbəbindən Türkiyə milli komandası heyətindən çıxarılıb

Futbol
Bu gün, 15:28

Qəbələ yeni sınaq matçı üçün tarixi təyin etdi

Oxşar xəbərlər