top
Rəşad Sadıqov: Avropa Liqasında 3 komandanın iştirak şansı mövcuddur Idman.biz
26 aprel 2025, 21:50
- ↺ +

Rəşad Sadıqov: "Avropa Liqasında 3 komandanın iştirak şansı mövcuddur"

"Gözlədiyimiz kimi çətin oyun oldu. Rəqib qış fasiləsindən sonra evdə məğlub olmamışdı. Bilirdik ki, "Kəpəz" əzmkar mübarizə aparacaq. Üstünlük yaratmaq üçün əlimizdən gələni etdik".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Kəpəz"lə oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Misli Premyer Liqasının 32-ci turunda səfərdə qazanılan 1:0 hesablı qələbəni şərh edib: "Oyuna yaxşı başladıq. Rəqib bizə oynamağa çox da rahat imkan vermirdi. İkinci hissənin əvvəlində sürəti artırdıq. O dəqiqələrdə qol vurduq. Daha sonra yaxşı əks-hücumlarımız oldu. İkinci qolu vurdsaydıq, bizim üçün daha rahat olardı. Qarşıda bizi 4 oyun gözləyir. Hər matçda yaxşı performans göstərməliyik. Avropa Liqası üçün 3 komandanın şansı var. Hər üç komanda sona qədər mübarizə aparacaq. Qarşımıza qoyulan hədəf avrokuboklar idi. Medal qazanaraq bunu etmək sevindirici haldır. İkinci yeri tutmaq istəyirik. Necə olacağını zaman göstərəcək. "Araz-Naxçıvan" sona qədər təslim olmayacaq.

Rəşad Sadıqov Avrokuboklardakı hədəflərdən bəhs edib: "Bu gün bir tur keçəndə uğur sayılır. Bunun da səbəbi reytinqimizin aşağı olmasıdır. Reytinqimizi gücləndirməliyik ki, ilkin mərhələlərdə uyğun rəqiblər olsun. Cırmaqlaya-cırmaqlaya reytinq xalları toplamalıyıq. Avrokuboklarada uğur əldə etmək asan deyil. Bu il üzərimizdə təzyiq olacaq. Çünki, keçən il pley-off mərhələsinə yüksəlmişdik. Hər şeyi zaman göstərəcək. İstəyərik ki, güclənək. Bu gün klubun bizə yaratdığı şəraitdən razıyam. Bir az da güclənə bilsək, yaxşı olar. Bu həftədən yavaş-yavaş işlərə başlayacağıq. Dünən avrokuboklarda iştirakımız təsdiqlənəndən sonra maraqlandım ki, Konfrans Liqasında ilk oyun nə vaxtdır. Hazrda bizim üçün prioritet çempionatda ikinci yeri tutmaqdır".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər