top
Rəşad Əzizli: Birinci Liqada sürpriz nəticələr çoxdur, döyüşmək lazımdır Idman.biz
26 sentyabr 2025, 17:43
- +

Rəşad Əzizli: "Birinci Liqada sürpriz nəticələr çoxdur, döyüşmək lazımdır"

"Şahdağ Qusar" istəkli, sona qədər vuruşan komandadır. Matç gözlədiyimiz kimi ağır keçdi. Rahat qələbə qazandığımızı deyə bilmərik".

Bu sözləri Sport24.az-a açıqlamasında "Səbail"in qapıçısı Rəşad Əzizli deyib.

31 yaşlı futbolçu komandasının I Liqanın 3-cü turunda "Şahdağ Qusar"a qalib gəldikləri (2:0) oyunla bağlı fikirlərini bölüşüb: "Birinci Liqada 10 komandanın hamısı iddialıdır. Sonuncu pillədə qərarlaşan komanda ilə oynayıb, rahat qələbə qazana bilmərsən. İlk 3 tur qalib gəlsək də, oyunlar gərgin keçdi. Birinci Liqanın səviyyəsi Premyer Liqaya baxanda infrastruktur baxımından fərqlənir. Premyer Liqada 150-yə yaxın oyun keçirmişəm. Birinci Liqada oynamaq daha çətin gəlir ki, sürpriz nəticələr çox olur, tam fərqli futbol oynayırlar. Birinci Liqada döyüşmək, sona qədər futbol oynamaq lazımdır. Bu baxımdan həm yaxşı, həm də pis tərəfləri var. Növbəti turda "Şimal"la oyun ağır keçəcək. Hər rəqib çox istəkli, həvəslə oynayır. Matça hazırlaşırıq. Qələbə qazanmaq istəyirik. Necə olacağını zaman göstərəcək".

Qeyd edək ki, Birinci Liqada 3 turdan sonra "Səbail" maksimum nəticə ilə 2-ci pillədədir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Dünən, 18:17

Manchester United beş oyunda Premyer Liqada rekord dərəcədə az xal topladı

Futbol
Dünən, 16:52

Neftçi futbolçusu Sessi D'Almeyda Benin millisinə dəvət olundu, Argentina ilə dostluq matçı keçiriləcək

Basketbol
Dünən, 16:31

Sumqayıt basketbol klubunun yeni baş məşqçisi Uğur Özdemir təyin edildi

Basketbol
Dünən, 16:02

“Neftçi” basketbol klubu Monteneqro hücumçusu Miliç Starovlah ilə müqavilə imzaladı

Futbol
Dünən, 15:48

“Araz-Naxçıvan” klubunun baş məşqçisi Zaur İsmayılov və məşqçi Cavid Hüseynovla yollarını ayırdı

Futbol
Dünən, 15:15

“Sumqayıt”ın iki futbolçusu milli komandalarına dəvət alıb

Cüdo
Dünən, 11:34

Nazim Umbayev Bakıda keçiriləcək cüdo dünya çempionatının hakimi seçildi

Futbol
Dünən, 11:16

Qadınlar Super Liqası 2026/2027 püşkatması: ilk tur cütlükləri və oyun tarixləri açıqlanıb

Boks
Dünən, 11:09

Avropa çempionatının 1/4 finalında Azərbaycan üç boksçusunun rəqibləri müəyyənləşdi

Basketbol
Dünən, 10:44

“Sumqayıt” basketbol komandası iki ABŞlı oyunçunu rəsmi olaraq transfer etdi

Qarabağ FK
Dünən, 10:26

“Neftçi” 1000-ci oyununu Qəbələyə 3:0 qalib gələrək 550-ci qələbəsi ilə qeyd etdi

Futbol
Dünən, 03:37

“Bavariya” prezidenti: “Lamin Yamal yaxşıdır, amma Harri Keyn Ballon d'Or-ə layiqdir”

Futbol
Dünən, 02:40

Barselona 18 yaşlı Alman futbolçu Lennart Karlı izləyir – qiyməti 100 milyon avro

Futbol
Dünən, 01:32

Zamiq Əliyev “Eqnatiya”nın 2:1 qələbəsində mühüm rol oynadı

Futbol
20 sentyabr 2026, 22:21

“Kəpəz”in baş məşqçisi: “Qalibiyyət üçün son nöqtəni qoymaqda çətinlik var, hələ də işlənməsi lazım olan məqamlar mövcuddur”

Futbol
20 sentyabr 2026, 22:13

Sumqayıt baş məşqçisi Kəpəzlə oyunda tribundan gələn səs-küyü “futbola qarşı hörmətsizlik” adlandırdı

Boks
20 sentyabr 2026, 21:56

Şamaxıda Azərbaycan və Əlcəzair boks komandaları 10 günlük təlim‑məşq toplanışına başladı

Futbol
20 sentyabr 2026, 21:37

Filipe Kandido: Premyer Liqanın inkişafı üçün futbola hörmət vacibdir

Şahmat
20 sentyabr 2026, 21:10

Azərbaycan şahmat komandası Romaniya ilə 2:2 barabərlik, Serbiya üzərində 3:1 qələbə qazandı

Futbol
20 sentyabr 2026, 20:25

Paskal Qross Almaniya millisindən ayrıldı

Futbol
20 sentyabr 2026, 19:21

“Araz‑Naxçıvan” baş məşqçisi Zaur İsmayılov məğlubiyyətin müdafiə səhvləri və penaltilərlə bağlı olduğunu açıqladı

Qarabağ FK
20 sentyabr 2026, 18:45

"Müdafiədəki kobud səhvlər və penaltılar barədə Zaur İsmayılovun açıqlamaları"

Boks
20 sentyabr 2026, 10:32

Boksçumuz Avropa çempionatının 1/8 finalında Ermənistan təmsilçisini məğlub edərək 1/4 finala yüksəldi

Futbol
20 sentyabr 2026, 10:09

Xabi Alonso “Çelsi”də beş oyunlu dövrdə ən az iki qol buraxma rekordunu yenilədi

Oxşar xəbərlər