top
Rəşad Babayev: Füzuli bu vəziyyətə düşəcək klub deyildi” - MÜSAHİBƏ İdman.biz
21 oktyabr 2024, 11:02
- ↺ +

Rəşad Babayev: "Füzuli" bu vəziyyətə düşəcək klub deyildi” - MÜSAHİBƏ

Futbol üzrə ll Liqa təmsilçisi "Füzuli"nin meneceri Rəşad Babayevin İdman.bizə müsahibəsi

- Azərbaycan çempionatının VII turunda "Göygöl"lə matça cəmi 10 futbolçu ilə çıxdız. Bunun səbəbi nə idi?

- Ciddi səbəbləri var. Bəzi oyunçularımız futboldan kənarda başqa sahələrdə işləyirlər, həftəiçi olduğuna görə onlar icazə ala bilmədilər. Əsas heyətdən bir neçə futbolçumuz xəstədir, hərarəti olduğu üçün onları oyuna buraxa bilməzdik. Əvvəlki matçlarda qırmızı, sarı vərəqə alıb cəzalı duruma düşənlərimiz də vardı. Bunlara görə də meydana tam heyətlə çıxa bilmədik. Əlbəttə, bu bizim problemimizdir və həqiqətən vəziyyətin bu həddə qədər pisləşməsi bir futbol adamı olaraq, həm də Füzulidən olan bir şəxs kimi məni çox sarsıdıb. "Füzuli" bu vəziyyətə düşəcək klub deyildi. Fürsətdən yararlanıb bütün füzulililərə çağırış edirəm: "Gəlin, "Füzuli" FK-nı xilas edək!".

- ⁠ Klubun hazırda başqa nə problemləri var?

- ⁠Ötən mövsümün sonlarından ciddi maliyyə sıxıntıları yaşayırıq. Elə bu səbəbdəndir ki, ötən il çempionluğa oynayan komandamızın bütün futbolçuları mövsüm bitən kimi başqa klublara keçdilər. Onları saxlaya bilmədik. Uşaqlara və başqa yerlərə hələ də xeyli borcumuz qalıb. Komandamızı istədiyimiz kimi formalaşdırmağa sponsor tapa bilmirik.

- Bəs problemlərin aradan qaldırıması istiqamətində hər hansısa addımlar atılır?

- ⁠Sponsor və tərəfdaşlıqla bağlı xeyli müraciətlər etmişik, söz verənlər var, amma real iş görən yoxdur. Təəssüf hissi ilə qeyd edirəm ki, 135 minlik Füzuli rayonunda milli çempionatda bölgəmizi peşəkar səviyyədə təmsil edən yeganə kluba ürək yandıran yoxdur. Halbuki kimi dindirsən, futbolumuzun inkişaf etməməsindən şikayətlənir. Əlini ağdan qaraya vurmaq istəməyən adamların işi ancaq gileylənmək, şikayət, tənqid, lağlağı etməkdir. Dəstək vermək məsələsi gələndə hamı qaçır.

- Növbəti oyun necə olacaq. Yenə eyni problem yaşana bilərmi?

- Zədəli və xəstələnmiş futbolçularımızın sıraya dönəcəyinə ümid edirik. Bir də cəzalılarımız komandaya qoşulacaqlar. İşlədikləri yerlərdən icazə almaqda çətinlik çəkən futbolçularımızla da söbbət edib, vəziyyəti normallaşdıracağıq. Növbəti tur "Füzuli" tam heyətlə meydanda olacaq.

- Sizcə, belə gedişlə mövsümü başa vura biləcəksiz?

- ⁠Klubun turnirdə çıxışını dayandırmaq fikri yoxdur və belə informasiyaların tirajlanması doğru deyil. Bəli, maliyyə problemlərimiz var, doğrudur, amma ilk dövrənin sonuna kimi turnirdə iştirakımızı davam etdirmək üçün lazımi vəsaitimiz var. Yeni ildən isə komandaya güclü bir sponsorun və ya tərəfdaşın tapılmasına nail olacağımıza inanırıq.

Banuçiçək Hüseynli
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 17:14

Raul Qonsales İspaniyanın "Real Oviedo" klubunun baş məşqçisi təyin olundu

Futbol
Bu gün, 16:59

“Sabah”ın özbəkistanlı yarımmüdafiəçisi Umarali Raxmonaliyev ailə həyatı qurub

Futbol
Bu gün, 16:56

Beşiktaş, Argentina orta sahili Rodriqo De Paul üçün görüş edir

Olimpiada
Bu gün, 16:44

Rostislav Pevtsov üç Olimpiada xatirələrini paylaşdı

Futbol
Bu gün, 16:30

Real Madridin Valensiya üzərindəki matçı Bellinqem və Rüdigerin təhlükəsizlik əməkdaşlarına hücumu iddiaları ilə qalmalı başa çatdı

Futbol
Bu gün, 16:26

Manchester United turnir cədvəlində mövqeyini artırmalı

Basketbol
Bu gün, 16:23

LeBron Ceymsinin 2004-cü il ABŞ milli oyununda geyindiyi forma 722,000 dollara satıldı;

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Oxşar xəbərlər