Azərbaycan yığmasının futbolçusu Renat Dadaşov Polşa çempionatında növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, onun çıxış etdiyi "Radomyak" səfərdə "Stal"ın qonağı olub.
33-cü tur çərçivəsində keçirilən qarşılaşma məhsuldar alınıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Ehtiyata qalan Renat 72-ci dəqiqədə meydana daxil olub. O, bu oyunda fərqlənə bilməyib.
Qeyd edək ki, "Radomyak" son 5 turda bir qələbə qazanıb, dörd dəfə heç-heçə oynayıb. Renatın komandası 41 xalla 12-ci pillədə qərarlaşıb.
İdman.biz