top
Rekordun bir addımlığında – TƏHLİL İdman.biz
21 avqust 2024, 11:00
- ↺ +

Rekordun bir addımlığında – TƏHLİL

"Qarabağ"ın avrokuboklardakı qol seriyası qırılıb.

İdman.biz xəbər verir ki, Ağdam klubu Çempionlar Liqasının pley-off mərhələsinin "Dinamo" ilə Zaqrebdəki səfər matçında rəqib qapısına yol tapmayıb.

Qurban Qurbanovun yetirmələri bundan əvvəlki 10 görüşdə qol sevinci yaşamışdı. Bu uğurlu seriya ötən mövsümdə start götürüb.

Avropa Liqasının qrupunda "Molde" (2:2) və "Hakken" (2:1), pley-offunda "Braqa" (4:2, 2:3), 1/8 finalında "Bayer" (2:2, 1:2) "Qarabağ"ın hücumlarının qarşısını ala bilməyib. Cari mövsüm Çempionlar Liqasında "Linkoln" (2:0, 5:0) və "Lüdoqorets" (1:2, 7:2) də qapısını toxunulmaz saxlamağı bacarmayıb.

Ardıcıl 10 oyunda qol vuran "Qarabağ" bu matçlarda ümumilikdə 28 dəfə rəqib qapısına yol tapıb. Təmsilçimiz sonuncu dəfə 2023-cü il noyabrın 9-da qol vurmamışdı.

Onda "Bayer" Bakıda 1:0 hesabı ilə qalib gəlib. Ağdamlılar 285 gündən sonra meydanı qolsuz tərk edib.

Bu, Azərbaycan futbol tarixində 2-ci seriyadır. "Qarabağ" özünün sahibi olduğu rekordu təkrarlaya bilməyib.

Qurbanovun yetirmələri elə həmin "Bayer"lə görüşdə qırılan seriya ilə rekorda malikdir. 2023-cü ildə ardıcıl 11 görüşdə qol vuran komanda leverkuzenlilərə Bakıda uduzub.

Bir sözlə, Azərbaycan çempionu son 23 qarşılaşmada iki dəfə qol vurmayıb və 2 seriyaya imza atıb. "Bayer"ə qədər 11, sonra 10 matçlıq seriya qeydə alınıb.

2023-cü ilə qədər isə rekord "Neftçi"də olub. Bakılılar 2019-21-ci illərdə ardıcıl 10 qarşılaşmada qol vurub ki, "Qarabağ"ın indiki seriyası həmin nəticənin təkrarıdır.

Qeyd edək ki, Azərbaycan çempionu "Dinamo" ilə cavab oyununu avqustun 28-də keçirəcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Oxşar xəbərlər