top
Rekord yeniləndi: Dubl çempionluq Qol.az
27 aprel 2025, 00:02
- ↺ +

Rekord yeniləndi: Dubl çempionluq

Xəbər verdiyimiz kimi, Azərbaycan 1-ci liqasında çempion müəyyənləşib. "Qəbələ" MOİK üzərində 1:0 hesablı ev qələbəsi ilə sona 4 tur qalmış qızıl medallara sahib çıxıb.

QOL.az PFL-in saytına istinadən xəbə verir ki, Kaxaber Tsxadadzenin baş məşqçisi olduğu komanda xallarını 58-ə çatdırıb. 1-c liqanın lideri 2-ci pilləni 14 xal qabaqladığı üçün 1-ci yeri təmin edib.

Bu, "qırmızı-qaralar"ın ikinci belə uğurudur. Bölgə təmsilçisi 2005/06 mövsümündə də birinci dəstənin qalibi olub. Həmin vaxt Xanları təmsil edən "Gilan" sonradan Qəbələyə köçüb, bir müddət sonra adını da dəyişib.

"Qəbələ" müxtəlif illərdə I dəstə və I divizion adlanan 1-ci liqada 2 dəfə çempionluq yaşayan 6-cı komandadır. Bunadək 5 komanda - "Araz Naxçıvan", MOİK, "Neftçala", "Qaradağ Lökbatan" və "Turan Tovuz" 1-ci liqada çempionluq sayında rekorda sahib olub. Ümumilikdə, 26 klub aşağı dəstədə 1-ci yeri tutub.

Düzdür, 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.

1-ci iqanın qalibləri

1992. ANS Pivani (Bakı)

1993. Xəzri (Buzovna)

1993/94. Azneftyağ (Bakı) və Zabrat

1994/95. Şəmkir

1995/96. Xəzər (Sumqayıt)

1996/97. Göyçay

1999/2000. Şahdağ (Quba)

2000/01. MOİK (Bakı)

2001/02. Lokomotiv (İmişli)

2003/04. Gənclərbirliyi (Sumqayıt)

2004/05. Şüvəlan (Bakı)

2005/06. Qəbələ

2006/07. Masallı

2007/08. Bakılı

2008/09. ABN (Bərdə)

2009/10. Kəpəz (Gəncə)

2010/11. Abşeron (Bakı)

2011/12. Qaradağ Lökbatan (Bakı)

2012/13. Ağsu

2013/14. Araz Naxçıvan

2014/15. Neftçala

2015/16. Neftçala

2016/17. Turan Tovuz

2017/18. Xəzər (Bakı)

2018/19. MOİK (Bakı)

2019/20. Turan Tovuz

2020/21. Neftçi-2 (Bakı)

2021/22. Qaradağ Lökbatan (Bakı)

2022/23. Araz Naxçıvan

2023/24. Şamaxı

2024/25. Qəbələ

Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib. 

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:12

Flik Barselona üçün iki əsas mövqedə yeni oyunçu axtarır

Futbol
Bu gün, 03:12

Arsenalın Martin Subimendi Atletico Madrida transfer ola bilər

Futbol
Bu gün, 02:32

Karlos Visens “Lion” klubunun baş məşqçisi təyin edildi

Cüdo
Bu gün, 02:02

Zaur Hacıyev ACA 211-də Artem Reznikovla 2026-cı ilin əsas revanşına çıxacaq

Güləş
Bu gün, 01:45

Azərbaycan gənc sərbəst güləşçilərinin Xasavyurt turnirində iştirakı gözlənilir

Güləş
Bu gün, 01:24

Tunar Quliyev və Elgün Kərimlinin qızıl medal qazanması və Zəfər Günü mesajları

Olimpiada
Bu gün, 01:11

Nihad Xudoyev Dakar 2026 Yay Olimpiya Oyunlarında fərdi ötüşmə yarışına qatılacaq

Cüdo
Bu gün, 01:01

Azərbaycanın cüdo dünya çempionatı üçün ilkin heyəti məlum oldu

Futbol
Bu gün, 00:28

Konate Rinerin prezidentlik namizədliyi və idmançıların ictimai rolu haqqında danışdı

Futbol
Dünən, 23:44

Mbappe Oktyabr ayında La Liqada ən yaxşı oyunçusu seçildi

Futbol
Dünən, 23:33

Raul Qonsales Real Madrid’in əfsanəsi olaraq Ovyedo ilə müqavilə imzaladı

Futbol
Dünən, 23:29

İnтер və Milan yeni Generali Stadium üçün 25 illik 650 milyon avroluq razılaşma imzalayıb

Futbol
Dünən, 23:15

Kapello: Kenan Yıldız İtaliyanın Lamin Yamalıdır

Digər
Dünən, 22:58

Aleksandr Plyuşenko Azərbaycanı təmsil edərkən Belarus variantını da nəzərdən keçirir

Basketbol
Dünən, 22:40

Trabzonspor Bakıda Sabahla qarşılaşacaqdı

Futbol
Dünən, 22:31

Batrakov agenti Qalatasaraydan ayrılma iddialarını rədd etdi

Futbol
Dünən, 22:26

Virgil van Dijkin zədəsi Niderland millisini zərər verir

Futbol
Dünən, 22:17

Messinin oğlu Tiaqo Pedro’nun formasını seçdi

Futbol
Dünən, 21:56

“Bavariya”da Manuel Noyerin karyerasını başa vurmaq və zədəsi ilə bağlı son vəziyyət

Futbol
Dünən, 21:43

Qızıl top laureatı FIFPro rəmzi komandadan kənarda qaldı

Digər
Dünən, 21:33

Azərbaycan milli karate komandasının üzvü Turqut Həsənov Astarxanda seminar keçirib

Voleybol
Dünən, 21:17

Ziya Rəcəbov: Turanın Döyünən Ürəyinin Rolunu Açır

Futbol
Dünən, 21:03

Araz‑Naxçıvan futbolçusu Ceyhun Nuriyev hərbi xidmətə cəlb edildi, AFFA Nazirliyə müraciət edib

Futbol
Dünən, 20:47

Lamin Yamalın "Betis"ə vurduğu qol La Liqada oktyabrın ən yaxşısı seçildi

Oxşar xəbərlər