top
Rəhman Daşdəmirov: Rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkirdik Sport24.az
03 mart 2025, 11:00
- +

Rəhman Daşdəmirov: "Rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkirdik"

"İlk oyunda qolsuz bərabərə qalmışdıq. Bu amilin özü də cavab matçının asan olmayacağını göstərirdi. Gözlədiyimiz kimi də alındı". Bu sözləri Sport24.az-a açıqlamasında "Sabah"ın futbolçusu Rəhman Daşdəmirov deyib.

25 yaşlı müdafiəçi "Sumqayıt"a səfərdə 4:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunu ilə bağlı fikirlərini bölüşüb:

"İlk hissədə rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkirdik. Lakin fasilədən sonra komanda olaraq daha yaxşı oynadıq. İlk qoldan sonra oyunun axarı dəyişdi. Ardıcıl qollar vurub, lazım olan qələbəni qazandıq və yarımfinala adladıq. Mərhələ adladığımıza görə şadam. Bu raundu da keçib finala yüksəlmək istəyirik".

O, Premyer Liqanın XXV turunda "Araz-Naxçıvan"a qarşı keçirəcəkləri qarşılaşma haqqında da danışıb:

"Bu komanda cari mövsümdə yaxşı nəticələr qazanır. Turnir cədvəlində də ilk sıralarda yer alıblar. Çətin matç olacaq. Ümumiyyətlə, çempionatda asan oyun yoxdur. Bütün komandalar yaxşı nəticə üçün sona kimi mübarizə aparırlar. Çempionatda hər oyunumuz bizim üçün final əhəmiyyətindədir. Bu oyun da həmçinin. Əlimizdən gələni edəcəyik ki, meydandan 3 xalla ayrılaq".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:38

Arteta hakimlərin penaltı qərarına qəzəbləndi: “Bu gün oyun müdafiəsiz idi”

Futbol
Bu gün, 05:41

Kovaç, Dortmundun Paderborn üzərindəki 3-0 qələbəsini şərh etdi

Futbol
Bu gün, 00:14

Azər Bağırov Sumqayıtdakı 1:1 heç-heçəni və oyunun çətinliyini şərh etdi

Futbol
Dünən, 23:43

Tottenham İngiltərə Premyer Liqasının ilk dörd turunda qol vura bilməyərək rekord qırdı

Basketbol
Dünən, 22:51

“Neftçi” basketbol komandası Türkiyədə iki matçda məğlub oldu

Futbol
Dünən, 22:29

“Tottenhem” Evertonla 0:0 heç-heçə, “Hall Siti” Çelsi ilə 2:2 bərabərlik - VİDEO

Futbol
Dünən, 22:28

Kəpəz, Qəbələni 1:0 məğlub etdi - Video icmalı

Futbol
Dünən, 22:07

Latsio iki qol fərqini itirdi, Milanla 2:2 heç-heçə

Futbol
Dünən, 21:55

Amil Ağacanov: “Kəpəz daha əzmkar oynadı və qalib gəldi”

Basketbol
Dünən, 21:33

Azərbaycan qadın 3x3 basketbol komandası Avropa çempionatında Ukraynaya 20:7 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 21:08

Qəbələ məşqçisi: Qələbə üçün xarakter və istək çatışmır

Futbol
Dünən, 21:05

Azər Məmmədov: “Kəpəz”in güclü komanda formalaşdırması üçün vaxt lazımdır

Qarabağ FK
Dünən, 20:55

“Qarabağ-2” ev oyununda Araz‑Naxçıvan-2‑ni 3:1 məğlub edərək inamlı qələbə qazandı

Qarabağ FK
Dünən, 19:26

U-20 milli komandamızın heyəti açıqlanıb

Digər
Dünən, 19:13

“Elit Polo Club” Böyük Britaniyanın “Red Star” komandasını məğlub etdi

Futbol
Dünən, 18:59

Xviça: PSJ-də fərdi mükafatlar əhəmiyyətli deyil, komanda qazanclarına fokuslanırıq

Futbol
Dünən, 18:11

Erik Ramos, “Sabah” və “Neftçi”nin keçmiş futbolçusu, “Mançester Yunayted”‑“Sabah” matçı haqqında şərh verdi

Futbol
Dünən, 17:58

“Sabah”ın rəqibi “Viking” klubunun futbolçusunu icarəyə verdi

Qarabağ FK
Dünən, 17:27

“Qarabağ” və “Sabah” Çempionlar Liqasının son 10 ildə ən ucuz heyətli komandalar arasında – FOTO

Voleybol
Dünən, 11:29

“Gəncə” voleybol klubu Ülkər Kərimova ilə müqavilə imzalayıb

Futbol
Dünən, 06:28

Luis Holl “Nyukasl” ilə uzunmüddətli müqavilə imzaladı

Futbol
Dünən, 05:39

Neymar 2 milyon avroluq FIFA qadağasını aradan qaldırmaq üçün Santos klubuna kömək etdi

Futbol
Dünən, 04:31

Joao Pedro avqust ayı üçün İngiltərə Premyer Liqasında ən yaxşı futbolçu seçildi

Güləş
11 sentyabr 2026, 21:27

Azərbaycan yunan‑Roma güləşi millisinin növbəti təlim‑məşq toplanışı başlayır

Oxşar xəbərlər