top
Redon Cicanın Qarabağdan ayrılma səbəbləri, Qurban Qurbanovla münasibəti və gələcək planları - MÜSAHİBƏ Idman.biz
12 iyul 2025, 16:14
- ↺ +

Redon Cicanın "Qarabağ"dan ayrılma səbəbləri, Qurban Qurbanovla münasibəti və gələcək planları - MÜSAHİBƏ

Yay transfer dönəmində "Qarabağ"dan ayırılan Redon Cicanın Teleqraf-a müsahibəsi

- "Qarabağ"dan ayrılmağınızın əsl səbəbi nə oldu?

- Ayrılmağımın səbəbi kifayət qədər oyun vaxtı əldə edə bilməməyim idi.

- Hətta mövsümün yarısından Ağdam təmsilçisindən gedəcəyiniz deyilirdi. Klub sizə bildirmişdimi ki, özünə yeni klub axtar?

- "Qarabağ" mənə klub axtarmağımı demədi. Artıq bir ildir ki, getmək istəyirdim, amma buna icazə vermirdilər.

- Necə oldu ki, "SSPA Şabab Riadi Beluizdad"ə getdiniz?

- Təklif gəldi və Əlcəzair klubunu seçdim. Çünki bunun mənim üçün doğru seçim olduğunu düşünürəm.

- Əlcəzairdən olan sabiq komanda yoldaşınız Yassin Benziadan bu klub barədə məlumat almışdınız?

- Bəli, Yassin mənə müəyyən məlumatlar verdi. Cavablar müsbət idi. İnanıram ki, bu seçim karyerama müsbət təsir göstərəcək.

- 73 oyunda 13 qol və 5 məhsuldar ötürmə - azarkeşlər sizin performansınızı yaxşı dəyərləndirir. Lakin klubu qınayırlar ki, tam istedadını açmağa icazə vermədilər. Siz özünüzə qarşı haqsızlıq olduğunu düşünürsünüzmü?

- Mənə həmişə inanıb dəstək olan azarkeşlərə təşəkkür edirəm. Onların sevgisini hər zaman hiss etmişəm. Hər şey üçün "çox sağ olun" deyirəm. Mənimlə necə rəftar olunması ilə bağlı suala gəlincə, bu barədə danışmaq istəmirəm.

- "Qarabağ"da keçirdiyiniz 2 il karyeranıza necə təsir etdi, nəyəsə görə peşmansınız?

- Bu müddət mənə müsbət təsir göstərdi, çünki futbolçu kimi səviyyəmi artırdım. Amma peşmanam ki, performansımı göstərmək üçün kifayət qədər oyun vaxtım olmadı.

- Azərbaycandakı dönəmləri nə ilə xatırlayacaqsınız? Ümumiyyətlə, başqa klublardan təklif aldınızmı, yaxud təklif gəlsə, yenidən Azərbaycanda oynayarsınızmı?

- Azərbaycandakı günlərimi gözəl xatırlayacağam. Buranı çox bəyənmişdim və darıxacağam. Azərbaycan klublarından heç bir təklif almamışam. Amma gələcəkdə qayıtmaq imkanı olsa, niyə də yox?!

- İndiyə qədərki ən unudulmaz oyununuz hansı olub?

- Xatırladığım və digərlərindən fərqləndirdiyim 2023-cü ildə Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada "Rakuv"a 2:3 hesabı ilə uduzduğumuz matçdır. Çünki 3 dəqiqə ərzində 2 qol vurmağı bacarmışdım. Həmçinin "Qalatasaray"a 1:2 hesabı ilə yenildiyimiz yoldaşlıq oyunu da mənim üçün yaddaqalan idi. Burada da atmosfer möhtəşəm idi və həmin görüşdə də qol vura bilmişdim.

- Qurban Qurbanovla şəxsi söhbət edərək nə üçün az oyun şansı verdiyini öyrənmisinizmi?

- Xeyr, baş məşqçi ilə niyə oynamadığım barədə heç bir danışığımız olmayıb.

- Futbolçu kimi məqsədləriniz nələrdir?

- Məqsədim mümkün qədər çox oynamaq, qollar vurmaq və Albaniya milli komandasında çıxış etməkdir.

- Azərbaycandan ayrılarkən hər hansı bir narazılıq və incikliyiniz oldumu?

- Heç bir narazılığım yoxdur. Amma Bakı üçün çox darıxacağam, indidən darıxıram. Bunu açıq etiraf edirəm.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Bu gün, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Bu gün, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Bu gün, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Bu gün, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Bu gün, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Bu gün, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Futbol
Bu gün, 04:19

Brunu Fernandeş Ronalduyu müdafiə edərək Portuqaliya Futbol Federasiyasını problemi həll etməyə çağırır

Futbol
Bu gün, 01:34

Klopp Yunanıstanın qələbəsini layiqli hesab edir, revanş öncəsi hazırdır

Futbol
Bu gün, 00:53

Tuchel: “7-0 qələbə zamanı oyun bir an belə dayanmadı”

Qarabağ FK
Dünən, 20:58

Qarabağ məşqçisi Qurban Qurbanov: “Zirə ilə 3:1 qalibiyyəti, milli oyunçuların yüklənməsi və gələcək qarşılaşmalar üçün möhkəm hazırlıq vacibdir”

Futbol
Dünən, 20:17

Litva millisinin baş məşqçisi: “Biz Bakıdakı matça qələbə ilə çıxacağıq”

Futbol
Dünən, 20:14

Azərbaycan U-20 millisi Moldovaya qarşı 1:0 məğlubiyyət aldı;

Futbol
Dünən, 19:56

“Qəbələ” Yapon U‑20 yığmasına 1:3 hesabı ilə məğlub oldu

Qarabağ FK
Dünən, 19:26

Qarabağ, Zira üzərində 3:1 qalibiyyəti ilə üstünlük qazandı

Futbol
Dünən, 17:45

Rahid Əmirquliyev: Heyətin potensialı qələbələrə yol açır

Futbol
Dünən, 16:30

“Qəbələ” heyətinə albaniyalı yarımmüdafiəçi Endri Çekiçi qatıldı

Gimnastika
Dünən, 11:25

İtaliyada keçirilən 5-ci Aere Trampoline Cup turnirində Azərbaycan gimnastları beş qızıl və bir gümüş medal qazandı

Futbol
Dünən, 11:12

Müdafiəçi Rüfət Abbasov: "Yalnız qələbə üçün hazırıq"

Futbol
Dünən, 11:07

Ayxan Abbasov: Litva qarşısında daha yaxşı oyun göstərməliyik

Futbol
Dünən, 09:00

U-20 millimiz Qəbələdə Moldova ilə yoldaşlıq oyunu keçirir

Futbol
Dünən, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Dünən, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Dünən, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Oxşar xəbərlər