Ukrayna millisi sabah meydanda öz gücünü göstərməyə çalışacaq.
"Report"un məlumatına görə, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb.
"Rəqib komandanın baş məşqçisinin bu gün postundan ayrılması bizim oyunumuza da yəqin ki, təsir edəcək. İstənilən halda bu matça ciddi hazırlaşmışıq. Sabah meydanda öz gücümüzü göstərməyə çalışacağıq".
Qeyd edək ki, sentyabrın 9-da "Liv Bona Dea Arena"da keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.
Azərbaycan - Ukrayna oyunu DÇ-2026 Rebrov