Futboilçuların beynəlxalq həmkarlar İttifaqı (FIFPro) 2026-cı il üçün rəmzi komandasını açıqlayıb. Sport24.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
"Real"ın oyunçuları Kilian Mbappe və Cud Bellinqem rəmzi komandada yer alıblar. 27 yaşlı fransalı və 23 yaşlı ingilis futbolçu, son üç ilin – 2024, 2025 və 2026-cı illərin hər birində "FIFPro World 11"ə düşməyi bacaran yeganə futbolçulardır.
Qeyd edək ki, "Qızıl top"un (Ballon d'Or) hazırkı sahibi Harri Keyn, "FIFPro World 11"ə düşə bilməyən ilk qalib olub.