İspaniyanın "Real" klubunun futbolçusu Dani Sebalyos karyerasını İtaliyada davam etdirə bilər.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Yuventus" 28 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.
"Atletiko", "Real Sosyedad" və "Betis" də ispaniyalı oyunçu ilə maraqlanır.
Qeyd edək ki, Dani Sebalyos cari mövsüm bütün turnirlərdə 14 matçda iştirak edib. Onun "kral klubu" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək qüvvədədir.