İspaniyanın "Real" klubu yeni nailiyyətə imza atıb.
İdman.biz xəbər verir ki, bunu "Kral klubu"nun mətbuat xidməti açıqlayıb.
Madrid təmsilçisinin sosial şəbəkələrdəki ümumi abunəçi sayı 600 milyonu keçib. "Real" bu rəqəmi arxada qoyan ilk klub olub.
Hazırda klubun futbol, basketbol, "Santyaqo Bernabeu" stadionu və digər kateqoriyalarla bağlı 37 səhifəsi mövcuddur. Müxtəlif platformalarda olan bu səhifələr 7 fərqli dildədir.
İdman.biz