Madrid "Real"ının baş məşqçisi Karlo Ançelotti hücumçu Endrikin durumu haqda danışıb. Sport24.az xəbər verir ki, italiyalı mütəxəssis 18 yaşlı braziliyalı oyunçuya bu mövsüm çox az oyun vaxtı verdiyini belə şərh edib:
"Bu, rəqabət məsələsidir, bizim yüksək səviyyəli futbolçularımız var. Klubun tarixi göstərir ki, əsas komanda oyunçularının əksəriyyəti ehtiyat oyunçular skamyasında vaxt keçirib. Vinisius, Rodriqo, Valverde, Kamavinqa… "Real"da oynamaq istəyirsənsə, bir müddət ehtiyat oyunçular skamyasında oturmaq adətdir".
"Real" hazırda "Real Sosyedad"la Kral Kuboku matçına hazırlaşır. Komandalar aprelin 1-də üz-üzə gələcək.