Məşhur alman mütəxəssis Yurgen Klopp yenidən məşqçiliyə qayıda bilər. Sport24.az "TBR Football"a istinadən xəbər verir ki, o, "Real"ın "sükanı arxasına" keçməyə yaxındır. Madrid klubunda düşünürlər ki, Klopp Karlo Ançelottinin ideal varisi hesab olunur, çünki alman məşqçi ulduzlarla işləməyi və gəncləri necə inkişaf etdirməyi bilir.
O da bildirilir ki, Klopp məşqçi karyerasını bərpa etməyə tələsmir, lakin "Kral klubu"ndan gələn təklif onu fikirindən daşındıra bilər.
Klopp 2015-2024-cü illərdə "Liverpul"u çalışdırıb. Bu il yanvarın 1-dən isə "Red Bull"da Qlobal Futbol Departamentinin rəhbəri vəzifəsini icra etməyə başlayıb.
Qeyd edək ki, alman məşqçi İngiltərə klubu ilə birlikdə Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.