La Liqanın 8-ci turunda "Real Sosyedad" doğma meydanında "Rayo Valyekano" ilə qarşılaşıb.
İdman.biz xəbər verir ki, matçın yeganə qolunu 84-cü dəqiqədə qonaqların müdafiəçisi Alfonso Espino vurub.
Bu, "Real Sosyedad"ın cari mövsümdə beşinciməğlubiyyəti olub.
Qeyd edək ki, hazırda klub 5 xalla La Liqa cədvəlində 19-cu, yəni sonuncudan bir pillə yuxarıdadır. "Rayo Valyekano" isə 8 xalla 14-cü sırada qərarlaşıb.