İspaniya təmsilçisi "Real" (Madrid) hücumçusu Qonzalo Qarsiyanı başqa kluba satmağı düşünmür.
"Report" "Marca" nəşrinə istinadən xəbər verir ki, 21 yaşlı hücumçu cari mövsüm cəmi bir dəfə start heyətində meydana çıxsa da, "kral klubu"nun baş məşqçisi Xabi Alonso onun xidmətində maraqlıdır.
Madridlilərin çalışdırıcısı qış "transfer pəncərəsi"ndə Qarsiya ilə maraqlanacaq komandalara "yox" cavabı verəcək.
Qeyd edək ki, Q.Qarsiya yayda keçirilən FIFA Klublararası dünya çempionatında dörd qol vurub. Onun "Real"la müqaviləsinin müddəti 2030-cu ildə başa çatacaq.