"Real Madrid"in "Valensiya" üzərində 3:0 hesablı qələbəsi qalmaqal iddiaları ilə gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, İspaniya mətbuatının yaydığı məlumata görə, Madrid klubunun futbolçuları Cud Bellinqem və Antonio Rüdiger stadionun tribunalaraltı hissəsində insident törədiblər.
İddia olunur ki, Bellinqem təhlükəsizlik xidmətinin əməkdaşlarından birinə zərbə endirib, Rüdiger isə digər əməkdaşı şillələyib.
Məlumata görə, zərərçəkənlər hadisə barədə matçın baş hakiminə məlumat versələr də, insident görüşün protokoluna daxil edilməyib.
Qeyd edək ki, hadisə ilə bağlı yayılan məlumatlar hələlik iddia xarakteri daşıyır.