"Real Madrid" öz stadionunun adını dəyişdirmək qərarına gəlib.
İdman.Biz-in klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əvvəllər "Santyaqo Bernabeu" kimi tanınan arena bundan sonra sadəcə "Bernabeu" kimi tanınacaq.

Ad dəyişikliyi ilə yanaşı, klub rəsmi brendinq və marketinq materiallarında istifadə olunacaq yeni arena loqotipini də təqdim edib.