"Real Madrid" klubu İspaniya La Liqasının XII turunda səfərdə "Valensiya"ya böyük hesabla qalib gəlib.
"Report" xəbər verir ki, "Mestalya" stadionunda keçirilən görüş 3:0 hesabı ilə başa çatıb.
"Real"ın yarımmüdafiəçisi Federiko Valverde 28-ci dəqiqədə hesabı açıb. Arda Gülər 36-cı dəqiqədə komandasının üstünlüyünü ikiqat artırıb. Kilian Mbappe isə 75-ci dəqiqədə Madrid təmsilçisinin üçüncü qolunu vurub.
"Valensiya"nın müdafiəçisi Xose Luis Qaya 79-cu dəqiqədə qırmızı vərəqə alaraq meydandan qovulub.
Bu qələbədən sonra "Real" xallarının sayını 30-a çatdıraraq müvəqqəti olaraq turnir cədvəlinin ikinci pilləsinə yüksəlib. 9 xalı olan "Valensiya" isə 19-cu yerdə qərarlaşıb.