top
Real Madrid sabiq futbolçusu Niko Pası geri qaytarmağı düşünür Idman.biz
27 noyabr 2025, 07:11
- ↺ +

"Real Madrid" sabiq futbolçusu Niko Pası geri qaytarmağı düşünür

İspaniyanın "Real Madrid" klubu sabiq argentinalı futbolçusu Niko Pası yenidən transfer etmək barədə düşünür.

İdman.Biz xəbər verir ki, bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında məlumat yayıb.

Onun sözlərinə görə, "Kral klubu" hazırda İtaliyanın "Komo" klubunda çıxış edən 21 yaşlı oyunçu ilə ilkin razılıq əldə edib. Pas 2026-cı ilin yayında Madrid kollektivinin sıralarına geri dönəcək.

Niko Pas 2023/2024 mövsümündə də "Real"ın şərəfini qoruyub. Hücumameyilli yarımmüdafiəçi 2024-cü ilin yayında La Liqa klubundan ayrılaraq "Komo"ya transfer olunub.

Noyabrın birinci yarısında məlumat yayılmışdı ki, "Çelsi" "Komo"nun hücumameylli yarımmüdafiəçisi Niko Pas üçün rəsmi transfer sorğusu göndərib. London klubu 21 yaşlı futbolçunun dəyərinin yaxın illərdə 100 milyon avroya yüksələ biləcəyinə inanır. Lakin Pasın yetirməsi olduğu "Real Madrid" onun ingilis klubuna transferinə mane ola bilər.

"Çelsi"nin yarımmüdafiəçini 2026-cı ildə 9 milyon avroya, 2027-ci ildə isə 10 milyon avroya almaq seçimi var.
Bundan əlavə "İnter"in də argentinalı futbolçuya maraq göstərdiyi və ona 58 milyon avroluq təklif hazırladığı bildirilirdi.

Pas bu mövsüm bütün turnirlərdə 12 oyunda meydana çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 55 milyon avrodur.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Voleybol
Bu gün, 10:58

Gəncə klubu rusiyalı voleybolçu Anastasiya Abramovanı heyətinə qatdı

Futbol
Bu gün, 10:00

Azərbaycanda Litva qarşısında 1-0 qələbə: Yaxşı nəticə, oyun tənqidə məruz qaldı

Şahmat
Bu gün, 09:58

FIDE prezidenti Timur Turlov Azərbaycan Şahmat Federasiyası prezidenti Mahir Məmmədovla görüşdü - FOTO

Futbol
Bu gün, 07:32

Alexandro Balde “Barselona”dan ayrılmaq istəmir

Futbol
Bu gün, 03:25

Usman Dembele Fransa millisindəki çıxışı ilə bağlı tənqidlərə sakit yanaşdığını bildirib

Futbol
Bu gün, 01:13

“Chelsea” Aleks Skott üçün mübarizədə önə çıxır

Futbol
Bu gün, 00:51

UEFA Millətlər Liqası IV tur: Portuqaliya Norveçdən qalib, Almaniya Yunanıstanla 0:0 bərabərlik

Futbol
Dünən, 23:18

Pari Nijnı Novqorod qapıçısı İslam İmamov Azərbaycan millisinə dəvət ala bilər

Futbol
Dünən, 23:06

“Atletiko” yeni ölkələrdən futbolçularla heyətini gücləndirir

Futbol
Dünən, 21:38

“Barselona” üç futbolçu ilə müqavilə şərtlərini yeniləyir

Futbol
Dünən, 20:45

Litva millisinin baş məşqçisi: Hakimlərin VAR qərarları Azərbaycan millisinin xeyrinə idi

Futbol
Dünən, 19:45

Mahir Emreli: Litva üzərində 1-0 qalibiyyət qrupun ən vacib qələbəsi ola bilər

Futbol
Dünən, 17:57

Azərbaycan U17 qadın futbol komandası AVRO‑2027 seçmə mərhələsində sonuncu yerə düşdü

Gimnastika
Dünən, 17:36

Maqsud Mahsudov və Hüseyn Abbasov Dünya Kubokunda bürünc medal qazandı

Qarabağ FK
Dünən, 17:27

Xankəndi futbol klubunda yeni köməkçi məşqçi Aydın Qasımov təyin olundu

Futbol
Dünən, 12:33

Litva millisinin sabiq məşqçisi: Azərbaycan futbolu geriləyir

Futbol
Dünən, 11:59

Juventus, Atalanta'nın sol müdafiəçisini transfer siyahısına əlavə edib

Futbol
Dünən, 11:30

Neftçi və Spartak (Vilnius) komandalarının veteranları 75 ildən sonra Tofiq Bəhramov stadionunda görüşəcək

Cüdo
Dünən, 11:00

Dünya cüdo çempionatı Bakıda başladı: İlk gündə 4 azərbaycanlı tatamiyə çıxdı

Qarabağ FK
Dünən, 10:30

Kamilo Duran Kolumbiya millisinin yığmasında ilk dəfə meydan gördü

Futbol
Dünən, 09:42

Argentina futbol millisi Burkina-Fasoya 7-0 məğlubiyyət verdi

Futbol
Dünən, 07:11

Yamal yenə altıncı dəqiqədən əvvəl qol vurdu

Futbol
Dünən, 06:31

Finlandiya millisinin baş məşqçisi Ronaldoya zarafat etdi, jurnalistlər sükutla qarşıladı

Futbol
Dünən, 05:27

Biliç 0:7 məğlubiyyətdən sonra emosional açıqlama verdi: “Bu oyunu unutmamaq lazımdır”

Oxşar xəbərlər