"Real Madrid" sabiq hücumçusu, hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştiano Ronaldonun oğlu ilə maraqlanır.
Lent.az xəbər verir ki, klubun skautları 14 yaşlı yeniyetmənin Portuqaliya gənclər komandasının heyətində oyununu izləyib. Bu əmri klub prezidenti Florentino Peres şəxsən verib.
Ulduz forvardın oğlu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun gənclərdən ibarət komandasında çıxış edir. O, karyerası ərzində "Pozuelo", "Juventus" və "Real Madrid"in akademiyalarında da çıxış edib. Ronaldo özü 2009-2018-ci illərdə "Real Madrid"də çıxış edib.