İspaniyanın "Real Madrid" futbol komandasının iki oyunçusu - Cud Bellingem və Antonio Rüdiger uzunmüddətli diskvalifikasiya təhlükəsi ilə üzləşə bilərlər.
İdman.Biz xəbər verir ki, iddialara əsasən, hadisə "Valensiya" ilə qarşılaşmanın fasiləsində baş verib.
Məlumata görə, meydan sahiblərinin futbolçularının hakimə etirazından sonra komandaların üzvləri arasında ciddi qarşıdurma yaranıb. Münaqişəni sakitləşdirmək üçün stadionun təhlükəsizlik əməkdaşları müdaxilə etməli olublar.
Qarşıdurma zamanı Bellingemin təhlükəsizlik əməkdaşlarından birini vurduğu, Rüdigerin isə digərinə sillə atdığı bildirilir.
Qeyd olunur ki, təhlükəsizlik xidməti hadisə barədə matçın baş hakiminə məlumat verib və hakim baş verənləri protokola salıb.
İttihamlar təsdiqlənərsə, hər iki futbolçunun dörd oyundan 12 oyuna qədər diskvalifikasiya olunması ehtimal edilir.