"Komo"nun yarımmüdafiəçisi Niko Paz bu yay İspaniyaya qayıda bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat paylaşıb.
Mənbənin sözlərinə görə, 20 yaşlı argentinalı ilə "Real" maraqlanır. Madrid klubu öz yetirmsini 8 milyon avro qarşılığında transfer etmək niyyətindədir.
Qeyd edək ki, Paz başa çatan mövsümdə "Komo"da 35 oyun keçirib, 6 qol vurub və 9 məhsuldar ötürmə edib. O, həm də 23 yaşa qədər futbolçular araslında A Seriyasının ən yaxşı oyunçusu olub.