"İnter Milan" "Komo"nun hücumameylli yarımmüdafiəçisi Nikolas Pas üçün 58 milyon avro təklif etməyə hazırdır.
İdman.Biz bu barədə "TyC Sports"a istinadən məlumat verir.
Məlumata görə, "Real Madrid" "neradzurri"nin planlarını poza bilər.
21 yaşlı oyunçu "kral klubu"nun yetirməsidir. Onun müqaviləsində "ağ-qaralar"ın Pası 9 milyon avroya almasına imkan verən bənd var. İtaliya klubunun artıq oyunçunun çevrəsi ilə danışıqlara başladığı vurğulanır. "İnter Milan" ispaniyalı oyunçunun transferə açıq olduğuna əmindir.
Bu mövsüm Pas bütün yarışlarda səkkiz oyunda meydana çıxıb, dörd qol vurub və dörd məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" portalında verilən məlumata görə, onun bazar dəyəri 55 milyon avrodur.