"Liverpul"un baş məşqçisi Arne Slot qapıçı Alisson Becker, müdafiəçi Ceremi Frimponq və hücumçu Aleksander İsakın
UEFA Çempionlar Liqasının 4-cü turunda "Real Madrid" ilə oyunu buraxacağını açıqlayıb.
İdman.Biz bildirir ki, oyun sabah İngiltərədə keçiriləcək.
"Hər üçü sabah oynaya bilməyəcək. Ceremi və Alisson bazar günü ("Mançester Siti" ilə) oynaya bilməyəcəklər.
 Alekslə bağlı gözləməli və baxmalıyıq. O, bazar günü start heyətində mütləq olmayacaq, amma heyətə daxil edilə bilər. O, hələ komanda ilə məşq etmir", - Sky Sports Slotdan sitat gətirir.