İspaniyanın "Real" klubu müdafiəçisi Lukas Vaskeslə yolları ayırıb.
"Report" xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
34 yaşlı futbolçu ilə vida mərasimi iyulun 17-də baş tutacaq.
Arxa xətt oyunçusu "Real"ın yetirməsidir. O, kluba 2007-ci ildə 16 yaşında qoşulub və aşağı yaş qruplarından ibarət bütün komandalarda çıxış edib. Daha sonra icarə əsasında "Espanyol"a gedən futbolçu 2015-ci ilin sentyabrında yenidən "Real"ın düşərgəsinə qayıdıb və əsas komandaya qoşulub.
Qeyd edək ki, L.Vaskes 10 mövsüm ərzində "Real"ın heyətində 402 oyun keçirib. Bu müddət ərzində o, 23 titul qazanıb.