"Mançester Siti"nin müdafiəçisi Rayan Ait-Nuri qış "transfer pəncərəsi" dövründə klubdan ayrılmağı planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə "L"Equipe" nəşri məlumat yayıb.
Onun komandadan gedişi ehtimalı hələ yayda da müzakirə olunurdu. "Transfer pəncərəsi"nin sonlarına yaxın "Mançester Yunayted" futbolçu ilə maraqlanmış və onu satınalma hüququ ilə icarəyə götürmək istəmişdi. Lakin "Siti" rəhbərliyi müdafiəçinin əzəli rəqiblərinə qoşulmasına razı olmadı. "Yuventus" da Ait-Nuri ilə maraqlanırdı.
Əlcəzair millisinin üzvünün yanvar ayında başqa komandaya keçməyə çalışacağı gözlənilir. Onun nümayəndələri bildiriblər ki, futbolçunun karyerasını Premyer Liqadan kənarda davam etdirmək üçün müxtəlif variantları mövcuddur.
Qeyd edək ki, Ait-Nuri 2025-ci ilin yayında "Vulverhempton"dan "Mançester Siti"yə keçib. O, cari mövsümdə bütün turnirlərdə cəmi dörd matçda meydana çıxıb və ümumilikdə 168 dəqiqə oynayıb.