"Şalke" Raul Qonzalesi baş məşqçi kimi dəvət etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, ötən ilin sonunda klub idman direktoru Mark Vilmots, baş məşqçi Karel Gerarts və köməkçisi Tim Smuldersi istefaya göndərib.
Qışda "şaxtaçılar" Raula dəvət göndərsə də, o, "Kastilya"da qalmağa üstünlük vermişdi. İndi isə komandaya Kis van Vonderen rəhbərlik edir.
Raulun hazırkı komandası ilə müqaviləsi yaya qədər qüvvədədir və o, böyük ehtimalla mövsümün sonuna yaxın İspaniyadan ayrılaraq "Şalke"yə keçəcək.
Veteran futbolçu 2010-2012-ci illərdə "Şalke"nin formasını geyinib.