top
Rauf Əliyevdən Qarabağ - Kopenhagen oyunu ilə bağlı gözləntilər Idman.biz
01 oktyabr 2025, 18:00
- ↺ +

Rauf Əliyevdən "Qarabağ" - "Kopenhagen" oyunu ilə bağlı gözləntilər

"Məncə, Qurban müəllim hücumda Durana şans verəcək. Çünki "Benfika" ilə səfər görüşündə fərqlənmişdi".

Bunu "Qarabağ"ın sabiq hücumçusu Rauf Əliyev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

– "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turu çərçivəsində bu gün Danimarkanın "Kopenhagen" klubunu qəbul edəcək. Matdan hansı nəticəni gözləyirsiniz? Sizcə, Azərbaycan çempionu Liqa mərhələsindəki uğurlu startın ardını gətirə biləcək?

– "Qarabağ"dan bu gün uğurlu nəticə gözləyirəm. Çünki "Benfika" üzərindəki qələbəni və doğma meydança amilini nəzərə alanda, adam təmsilçimizdən ancaq qalibiyyət gözləyir. Məncə, "Qarabağ" uğurlu startın ardını gətirəcək.

– "Kopenhagen"in baş məşqçisi və futbolçusu oyunöncəsi mətbuat konfransında meydançanın durumundan şikayətlənib. Bu məqam "Qarabağ"ın da çıxışına təsir edə bilərmi?

– Əlbəttə, daha ideal meydançada daha sürətli futbol izləmək olur. Meydançanın ideal vəziyyətdə olmaması hər iki komandanın çıxışına təsir edə bilər. Əslində, meydanın belə olması normaldır. Azərbaycanda havalar çox isti keçirdi, yay fəslindən yeni çıxmışıq. Yay aylarının stadionların ot örtüyünə təsiri olur. Ümid edirəm ki, qazonun vəziyyəti komandamızın oyununa o qədər də təsir etməz.

– "Qarabağ" 8 il öncə də "Kopenhagen"lə qarşılaşıb. Həmin rəqib daha güclü idi, yoxsa indiki "Kopenhagen"?

– Düzünü desəm, hazırkı "Kopenhagen" haqda o qədər də məlumatım yoxdur. Amma ətrafımdakılardan eşitdiyimə görə, 8 il əvvəlki "Kopenhagen" daha güclü idi. Sualınızın cavabına bu gün baş tutacaq oyundan sonra aydınlıq gələcək.

– Baş məşqçi Qurban Qurbanovun bu gün mərkəz hücumçusu mövqeyində kimə şans verəcəyini düşünürsünüz? Sizcə, "Benfika"ya qol vuran Kamilo Duran start "11-lik"də yer alacaq, yoxsa həmin mövqedə ilk dəqiqələrdən Nəriman Axundzadə və ya Musa Qurbanlını görə bilərik?

– Məncə, Qurban müəllim hücumda Durana şans verəcək. Çünki "Benfika" ilə səfər görüşündə fərqlənmişdi. Bunu nəzərə alaraq, start "11-lik"də Duranı gözləyirəm.

– Keçmiş hücumçu kimi fikriniz maraqlıdır. Kamilo Duranı bir forvard kimi bəyənirsiniz?

– Hələ ki, onu meydanda az görmüşük. Amma hücumçu keyfiyyətləri hiss olunur. "Benfika" ilə qarşılaşmada həm qol vurdu, həm də digər təhlükəli epizodlar yaratmağı bacardı. "Qarabağ"ın istədiyi, oyununa uyğun gələn forvarddır. Meydanda olduğu müddətdə özünü göstərə bilib.

– "Qarabağ"ın Liqa mərhələsində neçə xal toplayacağını proqnozlaşdırırsınız?

– Proqnoz verə bilmərəm. Amma nə qədər çox qələbə qazansalar, xal toplasalar, bir o qədər yaxşıdır. "Qarabağ"a həm bugünkü, həm də növbəti matçlarda uğurlar arzulayıram.

– Sizcə, "Liverpul", "Çelsi" və "Napoli" kimi adlı-sanlı rəqiblərdən də xal almaq mümkün olarmı?

– Real danışsaq, bu, çətin görünür. "Liverpul", "Çelsi" və "Napoli"nin hazırda hansı gücdə olduqlarını nəzərə alsaq, bu, asan iş deyil. Düzdür, son matçda "Liverpul" "Qalatasaray"a uduzdu. Ancaq bu, real vəziyyəti dəyişmir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 07:14

"Aston Villa" Unai Emery-ə yeni müqavilə təklif edir

Futbol
Bu gün, 06:13

Nikolas Pas Çempionlar Liqasının ən məhsuldar futbolçusu oldu

Futbol
Bu gün, 05:11

Erlinq Holand UEFA Çempionlar Liqasında 62-ci qolunu vurdu, Raulun rekorduna yaxınlaşır

Futbol
Bu gün, 04:12

"Komo" Çempionlar Liqasının səfər oyununda 55 illik rekordunu təkrarladı

Futbol
Bu gün, 02:51

UEFA Çempionlar Liqası 2026/27 dördüncü turda PSJ lider, “Sabah” 31-ci yerdə

Futbol
Bu gün, 01:56

ÇL: “Sabah” Norveçdə 4-1 məğlub oldu

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Oxşar xəbərlər